Alimlərin sensasiyalı kəşfi- Havadan hazırlanmış ət planeti xilas edə bilər

“Alimlər iqlim dəyişikliyinə görə artıq ətsiz hamburger, ağartı məhsulları olmadan süd və qəhvə dənələri olmadan qəhvə hazırlamağın yollarını təklif ediblər. Kaliforniyada fəaliyyət göstərən startap daha da irəli gedib və heç nəsiz toyuq əti yaradıb. (...) Berklidəki şirkət bildirir ki, müəssisə havadan toyuq əti istehsal edir”, - Britaniyanın “The Times” nəşri yazır.

Məqalədə deyilir ki, “Air Protein” şirkətinin işləyib hazırladığı proses əsasında karbon qazı mikroblarla qarışaraq canlılarda aşkar edilən zülal istehsal edir. Proses 1960-cı illərin sonu NASA-da aparılan tədqiqatlara əsaslanıb: həmin vaxt kosmik agentlik aşkar edib ki, hidrogenotrof adlanan birhüceyrəli orqanizmlər bitki kimi fəaliyyət göstərir, havadakı karbon qazını tutaraq sudakı hidrogenin köməyi ilə onu qidaya çevirir. “Air Protein” bu mikrobları əczaçı çənlərində yetişdirir və 80% zülaldan ibarət olan maddə əldə edir. 

Una oxşayan bu maddəni ətə bənzər məhsul olmaq üçün başqa komponentlərlə qarışdırmaq mümkündür. Şirkət bildirir ki, “havadan hazırlanmış ət” ərzaq məhsulları istehsalında inqilaba səbəb ola və iqlim dəyişikliyinin təsirini azalda bilər. (...) Nəşr xatırladır ki, bəzi ət əvəzləyiciləri “daha çox torpaq sahəsinə ehtiyacı olan soya və başqa bitki zülallarından ibarətdir”. “Havadan hazırlanmış ət” isə qaranlıqda çənlərdə istehsal edilə bilər (...). “Air Protein” şirkətinin icraçı direktoru Liza Daysonun (Lisa Dyson) sözlərinə görə, proses “pivə istehsalına, ya da yoqurtun hazırlanmasına oxşayır, ancaq daha sürətli gedir”. Zülal istehsalına cəmi bir neçə saat lazımdır, lakin əldə olunan maddənin tərkibində doqquz amin turşusunun hamısı var, bu da soya paxlasının qida dəyərindən 2 dəfə çoxdur. Daysonun sözlərinə görə, proteinli unu həmçinin zülalla zəngin pastaya və ya yarmaya çevirmək olar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar