Eldar Namazov istefa verdi, yeni sədr seçildi

Deportasiya Qurbanları Mərkəzinin İdarə Heyətinin iclası keçirilib. İclasda təşkilati və cari məsələlər müzakirəyə çıxarılıb. 

"AzPolitika.info"-ya daxil olan məlumata görə, müzakirələr zamanı istiqlalçı deputat, sabiq təhsil naziri Firudin Cəlilovun təklifi ilə Köçəri Nağıbəylinin təşkilatın sədri seçilməsi məsələsi gündəliyə çıxarılıb. 

Xalq şairi Vahid Əziz, professor Eldar Abbasov, professor Paşa Qəlbinur, general Əli Ömərov, tanınmış ictimai-siyasi xadim Eldar Namazov və digər ziyalılar bu təklifi dəstəkləyib. 

İdarə Heyəti buna qədər təşkilata sədrlik edən Eldar Namazova fəaliyyətinə görə təşəkkür edib.

İclasda həmçinin deportasiyanın 30 illiyinin qeyd edilməsi haqda qərar çıxarılıb. Bu məqsədlə tədbirlərin keçirilməsi, bu tarixi hadisənin gündəmdə saxlanılması razılaşdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar