Azərbaycan güləşçisi Rusiya Kubokunda finala yüksəlib

Rusiyanın Çeborkası şəhərində qadın güləşi üzrə açıq Rusiya Kubokuna start verilib.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən Tatyana Omelçenko (62 kq) finala yüksəlib.

Onunla eyni çəkidə çıxış edən Jalə Əliyeva yarımfinalda məhz Omelçenkoya məğlub olub. Omelçenko qızıl, Əliyeva isə bürünc medal üçün mübarizə aparacaq. Medal görüşləri sabah keçiriləcək. 50 kq-da çıxış edən Şəhanə Nəzərova isə təsəlliverici görüşə çıxacaq.

Birgül Soltanova (57 kq), Alyona Kolesnik (59 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) medal qazanmaq şanslarını itiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar