Bu günə olan Bağdad-Bakı-Bağdad aviareysləri ləğv edilib

Noyabrın 22-də həyata keçirilməli olan Bağdad-Bakı-Bağdad aviareysləri ləğv edilib.

AZƏRTAC Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Iraqi Airways” aviaşirkətinin yerli vaxtla saat 20:00-da “IA 422” saylı və “UR Airlines”in yerli vaxtla saat 21:00-da “UD 102” saylı Bağdaddan Bakıya reysləri ləğv olunub. Həmin reyslər ləğv olunduğundan aviaşirkətlərin yerli vaxtla 21:00-da və 22:00-da Bakıdan Bağdada olan reysləri də ləğv edilib. Aviareyslər “B737-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Bağdad-Bakı-Bağdad aviareyslərinin hansı səbəbdən ləğv olunduğu məlum deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar