AFB Bank Beynəlxalq Pərakəndə Konqresinə baş sponsor olub

AFB Bank Pərakəndə sektor üzrə MDB regionunun ən böyük innovasiya festivalı olan Beynəlxalq Pərakəndə Konqresinə baş sponsor oldu.

Pərakəndə sektorun əsas oyunçularını bir araya gətirən Konqresdə MDB ölkələrindən qatılan 500-dən çox iştirakçı arasında sektor üzrə ekspert spikerlər, pərakəndəçilər, banklar, otellər, investorlar və start-uplar yer alıblar. AFB Bankın İdarə Heyəti sədrinin birinci müavini Aydın Hüseynov da konqresde “Təchizat zəncirinin maliyyələşməsi” mövzusunda nitqlə çıxış edib.

Qeyd edək ki, Beynəlxalq Pərakəndə Konqresi 2 gün davam edəcək.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar