"Biz, Türkiyəyə "Su-57" satmayacağıq, nə qədər ki..." - Rusiyanın bəyanatı

Ankaraın Rusiyadan S-400 ZRK almasının cavabında Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyəni F-35 proqramından çıxartdı. İndi qardaş ölkə ciddi sualla üz-üzədir: Türkiyə ABŞ qrıcılarını nə ilə əvəzləyəcək? 

Moskvaya səfəri zamanı Ərdoğanın ilə tanış olmasından sonra, bir çoxlarına elə gəldi ki, problem artıq həll olunub. Ancaq hələlik Rusiya tərəf Ankara ilə saziş imzalamağa tələsmir… 

Hərbi-texniki əməkdaşlıq üzrə Federal xidmətin (HTƏFX) direktoru Dmitri Şuqayev bəyan edib ki, Rusiya Türkiyəyə ən yeni "Su-57" qırıcıları satmayacaq - o vaxta qədər ki, bu təyyarələr Rusiya Sİlahlı qüvvələrinə lazım olan qədər tədarük edilməyib. 

Şuqayev qeyd edib ki, Türkiyənin maraqlı olacağı təqdirdə, ona "Su-35" qırıcılarının satılması məsələsinə baxıla bilər.

Məlum olduğu kimi, 27 avqust 2019-cu il tarixində Türkiyə Cümhariyyətinin (TC) prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidnti Vladimir Putinlə görüşü zamanı "Su-57" qırıcıları ilə tanış olub. Bu, maraqlı dairələrdə bir siqnal kimi qəbul olunub ki, Ankara F-35-lərin analoqu sayılan həmin təyyarələri əldə edə bilər. 

«Su-57 qırıcılarının Türkiyəyə mümkün tədarükü məsələsinə yalnız Rusiya ordusunun belə təyyarələrə ilkin ehtiyaclarının ödənməsindən sonra baxıla bilər» - deyə, Şunayev bəyan edib. Valimir Putin isə cari ilin mayında bəyan edib ki, 

2028-ci ilə qədər Rusiyanın Müdafiə Nazirliyi (MN) 76 ədəd "Su-57" qırıcısı alacaq. Dmitri Şuqayevin sözlərinə görə, Rusiya Türkiyəyə Su-57 təyyarələrinin əvəzində Su-35 qırıcıları sata bilər. 

«Əgər Türkiyə tərəf maraqlı olarsa, Rusiya Ankaraya Su-35 qırıcıları tadarük etmək məsələsinə baxa bilər» - Şuqayev qeyd edib. 

Bundan başqa, Şuqayevin sözlərinə görə, Rusiya tərəf 4-cü və 5-ci nəsil qırıcılarının işlənib hazırlanması məsələsində Türkyəyə kömək edə bilər.

İdarə rəisi bildirib ki, tərəflər bu istiqamətdə texniki məsləhətləşmələr danışınlar aparırlar:«Döyüş təyyarələinn istehsalı sahəsindəki bizim təcrübə nəzərə alınarsa, Rusiya bu layihədə iştirak edə bilər. Belə əməkdaşlıq təyyarələrin bir sıra sistemlərinin işlənməsi məsələsində mümkün sayıla bilər. Tərəflər bu məsələni müzakirə edirlər. Ancaq bu istiqamətdə birgə fəaliyyət barədə predmetli danışınların başlanması haqqında bəyanat səsləndirmək hələ tezdir». 

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar