Daha bir erməni təxribatının qarşısı alınıb - VARŞAVADA

Polşanın Varşava şəhərində ənənəvi “TT Warsaw” turizm sərgisi açılıb.

Sərgidə Ermənistan tərəfini təmsil edən “Etnoarmenia” turizm şirkəti təxribata cəhd göstərib. Belə ki, sərgidə müstəqil stenddə deyil, “Local Host Georgia” şirkətinə məxsus stenddə iştirak edən erməni şirkəti “Map of Armenia Nagorno Karabakh and Yerevan” adlı xəritələri yaymağa cəhd edib.

Bununla əlaqədar Azərbaycanın Polşadakı səfirliyi tərəfindən dərhal “TT Warsaw” sərgisinin təşkilatçılarına şifahi və yazılı şəkildə xəbərdarlıq edilib. Həmçinin Gürcüstanın Polşadakı səfirliyinə, Azərbaycanın Xarici İşlər Nazirliyinə və Azərbaycanın Gürcüstandakı səfirliyinə məlumat verilib.

“TT Warsaw” sərgisinin təşkilatçıları Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşının iştirakı ilə Ermənistanın “Etnoarmenia” şirkətinə məxsus bütün təxribat xarakterli materialları müsadirə ediblər. Sərginin təşkilatçıları tərəfindən “Etnoarmenia” şirkətinə şiddətli xəbərdarlıq edilib və belə bir hal təkrarlanacağı təqdirdə onların sərgidən dərhal kənarlaşdırılacağı bildirilib.(AzərTAc)

635x100

Şərhlər

t.ədalət 2019-11-23 00:10:26

ermənilərin bu "təxribatı" xırda məsələdir.Müəyyən müddətdən sonra yalan üzə çıxır və ermənilərin özləri hörmətdən düşürlər.Ən böyük fəlakət isə bu "təxribatları" təşkil etməklə bizim diqqəti Rusiyanın Dağlıq Qarabağda törətdiyi cinayətlərdən yayındırmaqdır.Hazırda Dağlıq Qarabağ və işğal altında olan ərazilərimizdə erməniləri sürətlə məskunlaşdırmaqla məşğul olan Rusiya,eyni zamanda,bu əraziləri özünün poliqonuna çevirir və Kəlbəcər ərazisində hərbi bazalarını qurur.Luqanskdan,Donbasdan toplanmış əhalinin hesabına muzdlu hərbi quldurlar hazırlayır.Biz diqqətimizi Rusiyanın işğal regionundakı fitnəkar oyunlarından yayındırmamalıyıq.Rusiyanın müd.naziri Şoyqu əbəs yerə demir ki,biz ermənilərin təhlükəsizliyinin qarantıyıq.Bizə orden və medallar verən Rusiya,ermənilərə silah və hərbi heyət verir ki,gəlib bizi qırsınlar.Rusun dili də silahları kimi bizə qənimdi..

Son yazılar