Tramp Əfqanıstan prezidentini ABŞ-a dəvət edib - Dəvət qəbul olunub

«AzPoliika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Əfqanıstanın prezidenti Əşrəf Qanini ABŞ-a dəvət edib. Dəvət məmnunluqla qəbul olunub. 

Bu barədə noyabrın 22-də Qaninin mətbuat xidməti xəbər verib. Bu ərəfədə, Birləşmiş Ərəb Əmirlikərində (BƏƏ) rəsmi səfərdə olan ABŞ prezidenti Donald Trampın Əşrəf Qani ilə telefon danışıı olub. 

ABŞ lideri Əfqanıstan prezidentinə iki müəllimin azad olunması əməliyyatına görə, təşəkkür edib. Müəllimlər 3 ildən artıq müddətdə taiblərin əsirliyinə olublar.

Qani Trampa sülh prosesinin yol xəritəsi barədə danışıb. Yol xəritəsi Qani alministrasiyası tərəfindən ötən ayın sonunda hazırlanıb. Bununla balı Tramp sülhün təməli kimi, atəşin dayandırılmasının qaçılmaz olduğunu qeyd edib.

Tərəflər həm də Əfqanıstan güc strukturlarının və hüquq-mühafizə orqanlarının fəaliyyətini müzakirə edərək, onların şərqi Nahanqarhar əyalətində İŞİD adlı terrorçu qruplaşmaya qarşı uğurlu əməliyyatlarının əhəmiyyətini qeyd ediblər.

Xəbər verildiyi kimi, sentyabrın 5-də Əfqanıstan prezidenti Əşrəf Qani ABŞ-a planlaşdırılmış səfərini təxirə salıb. Bu qərar ABŞ və taliblər arasında prinsipial razılaşmanın əldə olunduğu üzə çıxandan sonra verilib.

AzPolitika.info

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar