“ERMƏNİSTANA YOX, RUSİYAYA GÜZƏŞTƏ GETMƏLİYİK...” – “Əks halda vətən müharibəsinə başlamalıyıq”

“Azərbaycanın Birinci vitse-prezidentinin Moskvaya səfərini çox yüksək qiymətləndirirəm. Rusiya bizim üçün strateji əhəmiyyət kəsb edən ölkədir. Biz Qarabağın azadlığı üçün ən azı Rusiyanın tərəfsizliyini təmin etməliyik. Bunun yolu Rusiya ilə səmimi və açıq dialoqdan keçir”.

“AzPolitika.info”-nun məlumatına görə, bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri haqda danışarkən deyib. O, bu barədə “moderator.az” saytına danışıb.

Partiya sədri Rusiyanın Azərbaycan üçün fövqəladə önəminə diqqəti çəkib. Sitat: “Biz Rusiya ilə münasibətləri qurarkən həm də onu nəzərə almalıyıq ki, orada iki milyondan çox azərbaycanlı yaşayır və onların Azərbaycana, yaxınlarına göndərdiyi vəsait əhalinin böyük bir hissəsinin sosial vəziyyətinin pisləşməməsində əhəmiyyətli rol oynayır. Mən həmişə söyləmişəm ki, Qarabağın azadlığı üçün müharibə variantı riskli olduğundan və böyük dağıntılara səbəb ola biləcəyindən biz problemin sülh yolu ilə həllinə nail olmaq istəyiriksə, Rusiya ilə anlaşmalıyıq. Qərbdən, Ermənistanın təbii müttəfiqi olması, təbii müttəfiqlərimizdən isə Rusiya nüvə silahına malik olduğundan ondan çəkindikləri səbəbindən kömək gözləməyimiz özümüzü aldatmaqdan başqa bir şey deyil. Qarabağın azadlığı naminə biz Ermənistana deyil, Rusiyaya güzəştə gedib, suverenliyimizə ziyan vurmadan onun Cənubi Qafqazda maraqlarını təmin edə, Rusiyaya Ermənistandan daha yaxın olmaq üçün Rusiya - Belarus İttifaqına, KTMT-yə daxil ola bilərik. Nəzərə almalıyıq ki, dövlətlərin əbədi müttəfiqləri yox, əbədi maraqları olur. Ermənistan istəsə də Rusiyanın orbitindən kənara çıxa bilməz. Ümid edirəm Mehriban xanım intellekti və beynəlxalq nüfuzu ilə xarici siyasətdə daha cəsarətli və çevik siyasət yürütmək üçün Prezidentə lazımı dəstəyi verməkdədir”.

Q.Həsənquliyev daha sonra qeyd edib: “Ancaq onu da qeyd etmək istəyirəm ki, əgər Rusiya yanlış olaraq münaqişənin saxlanması siyasətindən imtina etməzsə, iqtidar bu barədə xalqımızla açıq danışmalı, torpaqlarımızın azalığı üçün Böyük Vətən müharibəsinə başlamalıdır. Əks halda, indiki siyasətin davam etdirilməsi Qarabağın həmişəlik itirilməsinə gətirib çıxaracaq”.

V.Nəsibov 

AzPolitika.info

635x100

Şərhlər

Vahid Qədirov 2019-11-30 18:09:45

---------

Naxçıvanlı 2019-11-29 17:34:00

Güzəştə gedə-gedə həm torpaqlarımızı,həm varlığımızı.həm mənliyimizi,həm qeyrəti uduzduq.Daha nə qalıb ki, bu "Millət Vəkili" yenə güzəştə getmək düşünür?ml

bəhrət 2019-11-25 21:07:04

qudrət muəllimsizin fikir və təhlilinzlə həmrəyəm

vətəndaş 2019-11-24 10:03:06

Qüdrət Vətənimiz millətimiz bir qaranlıq mühitdədir. Heç nə başa düşmək olmur ki nələr baş verir? Kim nə fırladır, kimnə edir, nə proseslər gedir və bizim axırımız necə olacaq. Heç kimə inam yoxdur.

azer 2019-11-23 22:11:46

tam duz

Sahib 2019-11-23 21:54:38

Bu Qüdrət rusdan niyə əl çəkmir. Bilmir ki, rus ermənini buraxaıb biziM tərəfi saxlayan deyil.

vuqar 2019-11-23 21:09:14

Ay adini moderator qoyan qardas senin kimilerile bu MILLET hec zaman demokratiya azadliq mefhumunu basa dusmeyecek!

vuqar 2019-11-23 21:04:41

....O ki qaldi Qarabag probleminin helline dusunmuremki ruslar ..ureyiyumsaqliq..edib bizim terefe keceler onlar oz secimlerini 30.il bundan once edibler indide ozlerini Azerbaycana sadiq terefdas kimi ..sirimaq.. isteyirler!Daha dogrusu biz ele dusunmek isteyirikki rus bizim terefimize kececek amma bu MUMKUN olan is deyil!Ermenini doye-doye ordan qovmaq lazimdir buda bizim hokumete mumkunsuz gorunur! Bax bele qardaslar!

vuqar 2019-11-23 20:56:48

...O ki qaldi Qarabag probleminin helline dusunmuremki ruslar ..ureyiyumsaqliq..edib bizim terefe keceler onlar oz secimlerini 30.il bundan once edibler indide ozlerini Azerbaycana sadiq terefdas kimi ..sirimaq.. isteyirler!Daha dogrusu biz ele dusunmek isteyirikki rus bizim terefimize kececek amma bu MUMKUN olan is deyil!Ermenini doye-doye ordan qovmaq lazimdir ...Bax bele qardaslar!

Azər 2019-11-23 20:18:59

Qarabağ həmişəlik itib də. 26 ildir alınmayıbsa deməli yenə də belə olacaq.

əli 2019-11-23 18:21:20

Rusiya o vaxt güzəştə gedəcək ki,biz üzümüzü Qərbə cevirəcəyik.Sizin variant o mənada effektsizdir ki,həm Rusiyanın özünün parçalanması çox da uzaqda deyil,Həm də o konfliktin mövcudlugu daimi plandadır.Bizim dövlət xalqı qabaga verməklə məsuliyyəti öz üzərindən ata bilər və Qarabagda daim atəş səsləri həm oradakı əhalini nəm də kənardan gələnləri qorxu icində saxlamalıdır.r

əli 2019-11-23 18:20:05

Rusiya o vaxt güzəştə gedəcək ki,biz üzümüzü Qərbə cevirəcəyik.Sizin variant o mənada effektsizdir ki,həm Rusiyanın özünün parçalanması çox da uzaqda deyil,Həm də o konfliktin mövcudlugu daimi plandadır.Bizim dövlət xalqı qabaga verməklə məsuliyyəti öz üzərindən ata bilər və Qarabagda daim atəş səsləri həm oradakı əhalini nəm də kənardan gələnləri qorxu icində saxlamalıdır.r

əli 2019-11-23 18:17:42

Rusiya o vaxt güzəştə gedəcək ki,biz üzümüzü Qərbə cevirəcəyik.Sizin variant o mənada effektsizdir ki,həm Rusiyanın özünün parçalanması çox da uzaqda deyil,Həm də o konfliktin mövcudlugu daimi plandadır.Bizim dövlət xalqı qabaga verməklə məsuliyyəti öz üzərindən ata bilər və Qarabagda daim atəş səsləri həm oradakı əhalini nəm də kənardan gələnləri qorxu icində saxlamalıdır.r

Həzi 2019-11-23 16:15:44

Güzəştə getmək,yoxsa təslimçilik? Bu adam vətən müharibəsinə kiminlə başlamaq düşünür? Belə adamlar haradan tapılıb,yığılıb?

Biİxtiyar 2019-11-23 14:44:08

Sizcə siyasət ölçüsüzdür. Müharibə, təslim, razılıq və nə gəldi....

AQA 2019-11-23 13:39:20

Qüdrət müəllim tam haqlıdır.Ya rusla dil tapmalıyıq az itkiylə ərazimizi azad etməliyik.Əks halda VƏTƏNİN MÜHARİBƏSİNƏ BAŞLAMALIYIQ.

Son yazılar