YAĞIŞDAN ÇIXIB, YAĞMURA DÜŞMƏK?!... – Novruzovun xanımı nə dərəcədə uğurlu Ombudsman ola bilər?

Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasında Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçiləcək. İki gün əvvəl parlamentin İnsan Hüquqları Komitəsində hökumətin təqdim etdiyi namzidələr müzakirə olunaraq, parlamentin plenar iclasına təqdim olunub. 

Namizədlər Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır. 

Mətbuatda yayılan xəbərlərə görə, Milli Məclis məhz Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Əliyeva Səbinə Yaşar qızını Ombudsman seçəcək. Qeyd edək ki, Hüquq üzrə fəlsəfə doktoru olan S.Əliyeva Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş Komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşıdır. Hüquqşunas eks vitse-spiker və Azərbaycanın Çin Xalq Respublikasınıdakı sabiq səfiri Yaşar Əliyevin qızıdır.

Elmira Süleymanova təcrübəsi

Azərbaycanda Ombudsman təsisatı formalaşdırılandan indiyə qədər ona hazırda səlahiyyətləri icra edən 82 yaşlı Elmira Süleymanova rəhbərlik edib. Qanunvericiliyə görə İnsan Haqları üzrə Müvəkkil iki dəfədən artıq bu postu tuta bilməz. Amma xanım Süleymanova 12 il müddətində bu vəzifədədir, onun qanuni fəaliyyət müddəti 2 ilə yaxındır bitsə də, hökumət yeni namizədini parlamentə təqdim etməyə tələsməyib. Bu da hüquq-müdafiə təşkilatlarının və medianın daim tənqid mövzusu olub. Elmira Süleymanovanın fəaliyyəti də cəmiyyətdə birmənalı qarşılanmayıb. 

Xüsusən, medianın və insan haqlarının, siyasi hüquqların pozulması ilə bağlı problemlər gündəmdə olduğu məqamlarda Ombudsman ortaya kəsərli mövqe qoya bilməyib. Habelə, məhkəmə qərarlarının icra vəziyyəti ilə bağlı Müvəkkildən gözləntilər özünü doğrultmayıb. Təsisatın formalaşdığı ilk illərədə cəmiyyətin ümid yerinə çevrilən Ombudsman Aparatı buna rəğmən dövlət qurumları və məhkəmə hakimiyyəti orqanlarına təsir edə bilməyib. Son illərdə ümumiyyətlə öz fəaliyyətini icra etməkdə xeyli çətinliklərlə üzləşib. Ombudsmanın medianın diqqətində olan fəaliyyəti cəzaçəkmə yerlərindən şikayətlər üzrə başçəkmələr, parlament qarşısında illik ənənəvi hesabatları və beynəlxalq tədbirlərdə iştirakından ibarət olub.

Yeni Ombudsman necə bir namizəd olmalıdır? İndi Elmira Süleymanova gedir və onun yerinə 3 xanım namizəd irəli sürülüb. Namizədlərin adları və fəaliyyət sferaları açıqlanarkən, Elmira Süleymanovanın 12 illik fəaliyyətsizliyi kölgədə qalıb. Çünki Azərbaycanın yaxın 5 il ərzində Ombudsmanı olacaq bu şəxslərinin bu sahə ilə ciddi bağlılığı yoxdur. Mətbuata sızan bilgilərdən belə nəticə çıxarmq olur ki, parlamentə təqdim olunmuş 3 namizəd arasından deputat, komitə sədri Siyavuş Novruzun həyat yoldaşı Səbinə Əliyevanın Ombudsman seçilmək ehtimalı daha çoxdur. Hətta demək olar ki, məhz onun seçiləcəyinə heç bir şübhə qalmayıb. 

Bu namizədiin hansı meyarlar üzdə Ombudsman səlahiyyətlərini müvəffəqiyyətlə icra edəcəyinə inam ifadə olunmayıb. S.Əliyeva hüquqşünas olsa da, onun cəmiyyətin müxtəlif təbəqələri, sosial qruplarla, habelə beynəlxalq təşkilatlar və hüquq-müdafiə qurumları ilə təmasları, fəal dialoqu olmayıb. Hazırki situasiya Azərbaycanın Ombudsmanı cəmiyyətdə yüksək etimada malik, iqtidar və müxalifət, vətəndaş cəmiyyətində tanınan, beynəlxalq əlaqələri olan şəxs olmasını diqtə edir. Xanım Əliyevanın karyerasında bu ştrixlər yoxdur, habelə o cəmiyyətə açıq şəxs deyil.

Siyavuş Novruzov faktoru 

Onun namizədliyini əngəlləyən, cəmiyyətdə neqativ qarşılanmasına səbəb olan amillərdən biri də həyat yoldaşı Siyavuş Novruzovun personası və siyasi fəaliyyəti ilə bağlıdır. Novruzov hakim Yeni Azərbaycan Partiyasının, İcra katibinin müavini olmaqla, əsas fiqurlarından biridir. Partiyanın cəmiyyətdə baş verən müxtəlif ictimai-siyasi hadisələrə münasibətini əsasən o ifadə edir. Habelə S.Novruzovun parlament fəaliyyəti də diqqətçəkəndir. 

Onun əsas hədəfi hakimiyyəti tənqid edən müxalifət partiyaları, qeyri hökumət təşkilatları və beynəlxaq təşkilatlardır. YAP təmsilçisi mühafizəkar, sərt mövqeyi ilə tanınır. Məsələn, S.Novruzov ölkədə insan haqları ilə bağlı baş verən istənilən neqativ hadisədə daim inkarçı, hakimiyyətin mövqeyini müdafiə edən mövqe nümayiş etdirir. Xüsusən, onun insan haqları ilə bağlı problemləri qabardan QHT və siyasi partiya nümayəndlərinə qarşı münasibəti olduqca sərtdir. Bütün bunları nəzərə alanda Siyavuş Novruzovun həyat yoldaşı S.Əliyevanın Ombudsman fəaliyyətinin nə dərəcədə uğurlu olacağı barədə suallar meydana çıxır. Ombudsman problemlərə adekvat reaksiya göstərməlidir, bu halda onun həyat yoldaşı ilə ciddi fikir ayrılıqları ortaya çıxacaq. Mövcud reallıqlarda isə, bu, ağılabatan görünmür. Xanım Əliyevanın qarşılaşacağı bu əngəli, eyni zamanda təcrübəsizliyini nəzərə aldıqda onun Elmira Süleymanovanın zəif təkrarı olacağını gözləmək olar.

Yeni Ombudsman... islahat kursuna uyğundurmu?

Bəs, Azərbaycan hökumətinə belə Ombudsman lazımdırmı? Hazırki situasiyada problemlərin həlli, dövlət qurumlarının effektiv fəaliyyəti, ümumilikdə idarəetmənin təkmilləşdirilməsi, məmur-vətəndaş münasibətlərinin normal hala gətirilməsi prioritet elan olunub. Bu sıraya məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətindəki problemlərin həll olunması da daxildir. 

İlin əvvəlində ölkə Prezidentinin müvafiq fərmanı ilə bu sahədə islahatlara start verilb. Hökumətin sosial-iqtisadi inkişafın yüksəldilməsi, əhalinin güzəranının yaxşılaşdırılması ilə bağlı siyasətində vətəndaş məmnunluğunun təmin olunması başlıca hədəfdir. Ona çatmağın yollarından biri vətəndaşların şikayətlərinin qısa müddətdə həll olunması, dövlət xidmətlərinin elektronlaşdırılması və resurslara əlçatanlığın təmin olunmasından ibarədir. Bu siyasətin effektiv həyata keçirilməsinin başlıca istiqamətlərindən biri Azərbaycanda güclü Ombudsman təsisatının formalaşdırılmasından ibarətdir. Bu, həm dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarətin təmin olunması, həm vətəndaşların dövlətə inamının gücləndirilməsini və nəticə etibarı ilə vətəndaş məmnunluğunu təmin edə bilər. Habelə Azərbaycanda insan hüquqlarının vəziyyətinin yaxşılaşdırılması və beynəlxalq reytinqlərdə ölkənin göstəriclərinin yüksəldilməsi üçün də güclü Obmudsman institutu çox vacibdir. 

Beləliklə, Azərbaycan hökuməti ciddi seçim qarşısındadır. Həftənin ilk günü bu seçimin nədən ibarət olduğu məlum olacaq. Ümid edirik ki, bu seçim Azərbaycan cəmiyyətini “yağışdan çıxarıb, yağmura salmaq” mahiyyətində olmayacaq...

“AzPolitika.info”

635x100

Şərhlər

Hafiz 2019-12-02 11:26:32

BU onu təsdiq etmədimi ki, ombudsman boş və mənasız ( bizim halda,YAP təbiincə) bir vəzifədir.

Adil 2019-11-30 18:06:25

Gülməli və ya ağlamalıdır? Bu lap oyuncaq hökumətə bənzədi!

VETEN DASHI 2019-11-28 15:40:31

AZERBAYCAN REALLIQINDA AMBUDSMAN KIMDIR KI...BOSH VER MEN EYRILERIN BIRDEN BIRE DUZELECEYI XULYASINA INANMIRAM.

Akif Əliyev 2019-11-27 09:47:32

Özü heç olmasa bilmir ki,ondan ombudsman çı;xmaz....səhv düşür yeri./

????? 2019-11-27 08:55:52

PazPolitika

İsəxan Vəliyevə 2019-11-26 20:22:26

Sən isə özünün yaltaqlığın yüksək zirvəsində olduğunu dərk edirsən? Bəziləri heç olmasa Prezidentə yaltaqlıq edir.Sən isə deputata!

Fəxrəddin 2019-11-26 19:21:57

İki gündür yazdığım şərhi vermirsiniz, səhvinizi göstərdiyim xətrinizə dəyib?

Vətəndaş 2019-11-26 10:01:59

Söyüş söysəydim dərhal dərc edərdiniz. AzPolitika yox ey, ...

Vətəndaş 2019-11-26 08:35:52

Uğurlu seçimdir. Səbinə xanım dürüst, çox savadlı və kəsərli bir hüquqşünasdır.

Sabir 2019-11-25 18:00:18

bu iqtidara təcrübəli.hazırlıqlı.bilikli kadr sərf etmir.Ona görə öz regionlarından sözə baxanları seçdirirlər.Bu isə ölkənin bədbəxtçiliyidir.m

semra 2019-11-25 17:53:57

Səbinə xanım çox zəhymətkeş və vətənpərvər insandır, uzun illərdi ki çalışır bu sahədə.

semra 2019-11-25 17:52:01

S

İsaxan Vəliyev 2019-11-25 16:44:58

Səbinə Əliyeva olduqca savadlı, bacarıqlı, insan hüquqları ilə bağlı ölkə qanunvericiliyini və beynəlxalq hüquq normalarını gözəl bilən təcrübəli hüquqşünasdır, yüksək elmi təfəkkürə malikdir.

Həsənbala 2019-11-25 15:04:26

Dünyamalının oğlu deputat Səyavuş hazırdaSuraxanı rayonunda, "Akasiya" şadlıq evinin arxasında 27 iyul 2018-ci il tarixində öz adına aldığı çıxarış əsasında icarəyə götürdüyü 12 sot topağın əvəzinə 88 sot torpağı zəbt edib və 3 sotdan satır. Sotu 11000 manata Belə alverçinin evindən Ombudsman çıxması qeyri-mümkündür.

Fəxrəddin 2019-11-25 14:36:44

əgər yazdıqlarınız hamısı belə həqiqətdirsə onda sizi oxumağa dəyməz. Heç olmasa yazı hazırlayanda mənbələrə baxın, oxuculara hörmətsizlik etməyin. E.Süleymanova 12 yox 17 ildir ki Ombudsmandır, yeni ombudsman isə 5 illiyə deyil 7 illiyə seçiləcək.

ilqar 2019-11-25 12:13:19

ayibdi

Bəhi 2019-11-25 11:57:25

Namizədlərin Azad Ombudsman işinə münasibətini sormaq gərək!

Vətəndaş 2019-11-25 11:17:39

Uğurlu seçimdir. Xanım gənc olmasına baxmayaraq, əsil dövlət adamıdır. Çox savadlı və ötkəmdir.

veten dashi 2019-11-25 00:50:40

Axir ki ,bu adama da bir shey verdiler,ozune olmasa da xanimina.Bu adami her gorende Qemlonun bir deyimi yadima dushur....

İnqilab Şirinbəyli 2019-11-24 13:51:38

Ən uğurlu namizəd Eldar Həsənov olardı

İnqilab 2019-11-24 13:49:37

Şirinbəyli

miri 2019-11-24 13:44:15

Yaxşı olardı ki, bütün siyasi, ictimai və idarəetmə institutları hamısı ləğv edilə, .... Vəssəlam

ELLİ 2019-11-24 12:50:51

malades

Azər 2019-11-24 12:38:44

Regiyonçuluq yerlibazlıq.........

Son yazılar