AZƏRBAYCAN-RUSİYA MÜNASİBƏTLƏRİNDƏ YENİ BAŞLANĞIC - Birinci vitse-prezidentin qeyri-adi Moskva səfəri və gözləntilər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Rusiyaya noyabrın 20-dən başlayaraq 24-dək davam edən rəsmi səfəri yalnız ölkəmizdə deyil, regional və beynəlxalq aləmdə də maraqla izlənildi. Səfərin ölkədə baş verən ciddi kadr dəyişikliklərindən, siyasi elitanın böyük ölçüdə yenilənməsindən sonra həyata keçirilməsi onun əhəmiyyətinin daha da artırırdı. 

Həm Moskvanın Birinci vitse-prezidentin timsalında yeni gənc və islahatçı komandaya olan (bu komandanın formalaşmasında ciddi rol oynaması ilə bağlı olaraq) münasibəti, həm də artıq ölkədə və dünyada önəmli bir siyasi lider kimi qəbul olunan Mehriban Əliyevanın personasına Rusiya rəhbərliyinin diqqəti baxımından… 

Mübaliğəsiz demək olar ki, bütün parametrlər üzrə Moskvada Mehriban Əliyevaya göstərilən münasibət, gözlənildiyindən belə yüksək səviyyədə oldu. Mehriban Əliyevanın Moskvada qarşılanması, keçirdiyi görüşlər, bu görüşlərdə göstərilən xüsusi münasibət Rusiya rəhbərliyi tərəfindən ölkənin Birinci vitse-prezidentinin səfərinə çox yüksək önəm verildiyini, onun şəxsinə isə böyük diqqət göstərildiyini ortaya qoydu.

Təsadüfi deyil ki, prezident Putin başda olmaqla, Rusiya dövlətinin rəhbərliyində olan əsas şəxslər Mehriban Əliyeva ilə görüşərək, ölkələrarası münasibətlərin daha yüksək səviyyəyə qaldırılması ilə bağlı müzakirələr aparıblar. Keçirilən görüşlər xanım Əliyevanın bu səfəri çərçivəsində şimal qonşumuzla həm ictimai-siyasi, həm mədəni, həm də ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi istiqamətində önəmli addımlar atıldığını söyləməyə əsas verir. Hansı ki, bunların baş verməsində Azərbaycanda dövlət səviyyəsində aparılan siyasətə yanaşı, Mehriban Əliyevanın özünün uzun illər ərzindəki fəaliyyətinin böyük rolu olduğu şübhəsizdir.

Belə ki, məlum olduğ kimi, Birinci vitse-prezident Moskvada aeroportda Rusiyanın rəsmi şəxsləri tərəfindən qarşılandıqdan sonra, onun protokol qaydası ilə Kremlin divarları yaxınlığında, Aleksandr bağında Naməlum əsgərin məzarını ziyarət etməsi təşkil olunub. Naməlum əsgərin məzarı önünə əklil qoyan xanım Əliyevanın önündən fəxri qarovul dəstəsinin keçməsi isə Azərbaycanın Birinci vitse-prezidentinə hətta bəzi ölkələrin dövlət rəhbərlərindən yüksək münasibət göstərildiyini nümayiş etdirdi. Belə qarşılanma yalnız Rusiyanın önəm verdiyi ölkələrin rəhbərləri, dövlət xadimləri üçün həyata keçirilir.

Əlbəttə, bunda rəsmi Moskvanın Mehriban Əliyevanın şəxsinə göstərilən böyük diqqəti ilə yanaşı, bir sıra başqa faktorların, məsələn, Azərbaycanda Böyük Vətən Müharibəsi veteranlarına göstərilən diqqətin Rusiya rəhbərliyi tərəfindən məmnunluqla qarşılanmasının da rol oynadığı şübhə doğurmur. Azərbaycan hələ 9 mayı Qələbə Bayramı kimi qeyd edən, həmin gün hələ də sağ olan Böyük Vətən Müharibəsi veteranlarına, onların ailələrinə dövlət başçısı səviyyəsində diqqət göstərən azsaylı keçmiş ittifaq ölkələrindən biridir.

Qələbə bayramı ərəfəsində Prezidentin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması uzun illərdir ki, artıq ənənə halını alıb. Məsələn, Prezidentin 2019-cu il 23 aprel tarixli sərəncamı ilə İkinci Dünya Müharibəsinin iştirakçılarına 1000 manat məbləğində, Böyük Vətən Müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım verilib. Respublikamızda müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 may tarixli sərəncamına əsasən isə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə Təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Veteranlar Təşkilatına 300 min manat ayrılıb. Bütün bunlar müharibə veteranlarına qayğı və diqqətin Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biri olduğunu təsdiqləyir. 

Ancaq bir sıra keçmiş ittifaq ölkələrində nəinki Böyük Vətən Müharibəsi veteranlarına qayğı göstərilir, əksinə, faşizmə xidmət etmiş şəxslərin qəhrəmanlaşdırılması siyasəti yürüdülür. Məslən, daim Rusiyanın himayəsində olmuş Ermənistanda faşizm tərəfdarlarının milli qəhrəman səviyyəsinə yüksəldilməsi dövlət siyasətinə çevrilib. Ermənistan hökumətinin faşist əlaltısı Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırması, ona Yerevanın mərkəzində heykəl qoyulması bunun bariz nümunəsidir. Bu cür faktlar ermənilərin faşist xislətli olmasını gstərməklə yanaşı, Rusiya ilə münasibətlərdə də qeyri-səmimi olduqlarını göstərir.

Əlbəttə, Moskvada da Azərbaycanda dövlət səviyyəsində aparılan bu siyasəti görürlər, qiymətləndirirlər. Erməni lobbisinin hələ də çox güclü olmasına, iki ölkə arasnda nifaq toxumu səpmək səylərinə baxmayaraq, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafında bunun da rolu olduğu şübhə doğurmur. 

Təsadüfi deyil ki, M.Əliyevanın həm Rusiya prezidenti Vladimir Putin, baş nazir Dmitri Medvedev, həm də Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşlərində iki ölkə arasında dostluq münasibətlərinin inkişafına xidmət edən məsələlər əsas müzakirə mövzusu oldu. Xanim Əliyevanın bu dostluğun möhkəmlənməsində olan xidmətləri nəzərə alınaraq, Rusiya prezidenti Azərbaycanın Birinci vitse-prezidentini “Dostluq” ordeni ilə təltif edib.

Mehriban Əliyevanın bu səfərinin iki ölkə arasında ticari-iqtisadi əlaqələrin də keyfiyyətcə yeni səviyyəyə qaldırılması baxımından böyük önəm daşıdığını qeyd edə bilərik. Ölkənin Birinci vitse-prezidentini iqtisadi bloka daxil nazirlik və qurumların əhəmiyyətli hissəsinin müşayiət etməsi Azərbaycanla Rusiya arasında işgüzar əlaqələrin gücləndirilməsinə heç şübhəsiz böyük töhfələr verəcək. 

Təsadüfi deyil ki, Mehriban Əliyevanın Rusiya səfəri çərçivəsində ticarət-iqtisadi əlaqələrin gücləndirilməsinə xidmət edən xeyli sayda yeni müqavilələr imzalandı. Bu haqda mətbuatda, o cümlədən saytımızda məlumat verildiyindən təkrarlamaq istəmirik. 

Ancaq onu xüsusi olaraq qeyd etmək lazımdır ki, X Rusiya-Azərbaycan Regionlararası Forumunun plenar iclasının Mehriban Əliyevanın səfəri ilə eyni vaxtda keçirilməsi Rusiyanın Birinci vitse-prezidentin iki ölkə arasında gələcək əməkdaşlıqdakı roluna önəm verdiyini nümayiş etdirir.

Qeyd edək ki, Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzinin "Kosmos" pavilyonunda təşkil olunan X Rusiya-Azərbaycan Regionlararası Forumu Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilib. Forumda Mehriban Əliyeva ilə yanaşı Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko da iştirak edib. Həm forumda müzakirə olunan məsələlər, bağlanan müqavilələr, memorandumlar, həm də Rusiyanın baş naziri Dmitri Medvedevin Mehriban Əliyeva ilə keçirilən görüşündə iki ölkə arasında ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini önə çəkməsi Moskvanın gələcəkdə Azərbaycanla əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu göstərir.

Bu isə son illər iki ölkə arasında artan ticari-iqtisadi əlaqələrin keyfiyyətcə yeni mərhələyə daxil olacağını söyləməyə əsas verir. Hazırda da bu əməkdaşlığın sürətlə inkişaf etdiyi müşahidə olunur. Belə ki, ötən il iki ölkə arasında əmtəə dövriyyəsində 19 faiz artım olub və 2,6 milyard ABŞ dolları təşkil edib. Bu ilin 9 ayında isə artım 24 faizə çatıb. Diqqəti çəkən haldır ki, Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələri neft amilinə söykənmir, qeyri-neft məhsulları idxalı və ixracı əsas yer tutur. Son illər qarşılıqlı sərmayə qoyuluşunun artması da iki ölkə arasında iqtisadi əlaqələrin dunamik inkişafından xəbər verir. 

Hazırda Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya sərmayələrinin həcmi 4,9 milyard dollardır. Azərbaycandan Rusiyaya 1,2 milyard dollar sərmayə qoyulub. Ötən il Rusiyadan Azərbaycana 900 min turist gəlib. Bu il rusiyalı turistlərin sayının 1 milyonu aşacağı gözlənilir. Təsadüfi deyil ki, Mehriban Əliyeva Rusiya rəsmiləri ilə görüşünda bu potensialdan tam şəkildə istifadə edilmədiyini, əmtəə dövriyyəsini, qarşılıqlı sərmayə qoyluşunu daha 2-3 dəfə artırmağın mümkünlüyünü bildirib. Rusiya tərəfi də bunu məmnunlula qarşılayıb.

Ümumiyyətlə, Mehriban Əliyevanın Moskva səfərini Rusiya ilə Azərbaycan arasında əlaqələrin yeni mərhələsinin başlanğıcı kimi qəbul etmək olar. Hansı ki, bu mərhələdə münasibətlərin daha yüksək səviyyədə qurulması bir sıra məsələlərin, ən əsası isə Dağlıq Qarabağ probleminin həllinə olan ümidləri artırır.     

Hər halda iki ölkə arasında strateji tərəfdaşlığın güclənməsinə xidmət edən bu səfərdə əldə olunan razılıqların konkret nəticələri yəqin ki, müəyyən müddətdən sonra görünəcək.

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Şıxlinski 2019-11-26 16:30:24

Azpolitika sayrı oxucularını belə yqnılış məlumatlara məyus etməkdə davam edir, rus şovinizmini Azərbüycan xalqının dostu kimi təqdim edir; görəsən, bununla nəyə nail olmaq istəyirsiniz?

Vugar Amrulayev 2019-11-26 11:43:16

inanmayin

Omer 2019-11-26 10:44:10

Murad muellim Putinle gorus oldumu? Olmadisa niye? Axi six yazmisdiniz

elli 2019-11-26 08:08:52

hede ) rusdara inanmaq olmaz

azpolitika.info-ya 2019-11-26 02:15:55

Niye Daqliq Qarabaq barede Moskvada danishilmadi ?

savalan 2019-11-25 23:16:18

ALLAH xətrinə xalqı yeni yalanlara inandırmağa cəhd etməyin...

Mirzə 2019-11-25 19:19:08

Sağ ol, ay Murad!

oxucu 2019-11-25 18:44:46

Daqliq Qarabaq ve etraf 7 rayonlari AZAD ETMEK LAZIMDIR YALNIZ MUHARIBE ile ve ermeni ishqalchilarini QOVMAQ LAZIMDIR Azerbaycandan. "UMID" ile torpaqlarimizi AZAD ETMEK, NAQIL danishmaqdir ve xalqimiza qarshi tehLqirdir, bunu DEQIQ ANAYIN sayt azpolitika.info

oxucu 2019-11-25 18:41:00

Daqliq Qarabaq ve etraf 7 rayonlari AZAD ETMEK LAZIMDIR YALNIZ MUHARIBE ile ve ermeni ishqalchilarini QOVMAQ LAZIMDIR Azerbaycandan. "UMID" ile torpaqlarimizi AZAD ETMEK, NAQIL danishmaqdir...bunu DEQIQ ANLAYIN sayt azpolitika.info

Matemat 2019-11-25 18:31:09

İqtisadi -3 nöqtə 7 dəyəri ilə daha yaxın başlanğıc?

Fərid 2019-11-25 18:14:53

Gözəl sağlıqdır!

Murad Məmmədov- a 2019-11-25 18:03:27

Artiq 27 il kechdi ve Daqliq Qarabaq, ertraf 7 rayonlar

elaoqlu 2019-11-25 16:37:17

Rusdarin ipiynen , quyuyq dûshmek olmaz , men onnara inanmiram )))

Son yazılar