İCRA BAŞÇISININ MÜAVİNİ QONŞULARINI TƏHQİR ETDİ - "Qonşuların, pozğunların darvazasını çəkib..."

Başçının müavinindən villası ilə bağlı açıqlama:"Qaranquş deyilik ki, budaqda yaşayaq"

Şirvan şəhər icra başçısının müavini Elmira Ağayeva yayılan əmlakı ilə bağlı məsələyə münasibət bildirib.

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini–İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elmira Ağayeva Unikal.org-a açıqlamasında bildirib ki, haqqında yazıldığı qədər əmlakı yoxdur:

"Biz nə sərçə, nə də qaranquş deyilik ki, budaqda yaşayaq. Qadınam, amma gəl kişiyana danışaq. Yaşamaq üçün hərənin bir evi olmalıdır. Bir evin fotosu düzgün çəkilib, o oğlumun evidir. 1995-ci ildə alınmış torpağın içində tikilib. O evin də həyətində oğlum qaloşla, potu ilə gəzir. Mənim iki oğlum var. Hazırda da onların himayəsində yaşayıram. Qonşuların darvazasını çəkmək hansı əxlaqa sığır?

Qonşuların, pozğunların darvazasını çəkib, niyə mənim olduğunu, hətta salam vermədiyim adamın darvazasını çəkib, mənim adımı qeyd edirlər. Orda lazer epilyasiya yazılan salonu oğlum Yaşar adlı şəxsdən aylıq 200 manata icarəyə götürüb. Oğlum ali təhsilli ola- ola 14 ildir işləmədiyi üçün icarəyə götürüb.

"Oba market" də mənim deyil, gəlinimindir. Kimsə tülkü kimi kiminsə ayağının altından keçibsə, kül o kişinin başına. O fotoları çəkən adam kameraya düşüb. Mən Şirvanda doğulub, yaşayan adamam. Mən balqabaq deyiləm. "Karennoy" Şirvanlıyam. Yeni başçımıza da bu məsələ ilə bağlı görüşüb, məlumat verdim. Mən həmişə dövlətə, xalqıma sözün düzünü demişəm. Həm iqtidarın, həm də müxalifətin sözünü demişəm. Düz mənim üçün həmişə düzdür".

635x100

Şərhlər

Hidayət 2019-11-27 10:17:00

Elmira xanım yaman kökəlib.Deyəsən icra ona düşüb.Bİr də ki,o boyda vəifə sahibinin villası da olacaq.hələ fabrikası da.Bir sual maraqlıdır: Elmira xanımım ata baba yurdu haradır? Axı şirvanlıya vəzifə vermirlər!O Şirvanda doğula bilər,bəs əsli?Bu da maraq doğuran məsələdir.r

t.ədalət 2019-11-26 19:57:30

Orası doğrudur ki,qadına məxsus əmlakın haqqında informasiya yaymaq elə də bəyənilən olmur.Amma Elmira xanım da kimisə təhqir etməyə tələsməməli idi.Böyük-böyük dərdlərin içində diqqəti xırda məsələlərə cəlb etməyə ehtiyac yoxdur.Əmlakdır,Azərbaycan torpağında tikilib,bunun nəyi pisdir ki?

Son yazılar