ABŞ KORRUPSİYAYA QARŞI "DÖYÜŞÜ" UDUZUR – Tramp Amerikanın səylərini heçə endirib

Son iki həftə ərzində Konqresə ifadə verən diplomatlar Donald Trampın impicmenti prosesinin fundamental əlamətlərini qeyd ediblər: bu, Şərqi Avropada Amerikanın korrupsiyaya qarşı mübarizəsindən başlayıb.

Əvvəlcə Dövlət Departamentinin məmuru Corc Kent izah edib ki, Ukraynadakı inqilabdan sonra (2004) Amerika Birləşmiş Ştatları (ABŞ) korrupsiyaya Rusiya təsirinin mühüm instrumenti kimi baxmağa başlayıb. Bu zaman qanunun aliliyinin irəli aparılması təkcə insan haqlarının müafiəsi olmadı. Bu proses Amerika təhlükəsizlik siyasətinin açar rolunu oynadı.

Sonra Ukraynadakı keçmiş səfir Mari Yovanoviç ukraynalı oliqarxlar ilə əlaqəli olan o şəxsləri xatırladı ki, onlar Donald Trampı xanım səfiri vəzifəsindən kənarlaşdırmaq üçün dilə tutublar. ABŞ lideri də öz növbəsində, Co Baydenin oğluna qarşı araşdırmalara başlamaq qismində özü üçün «görüm-baxım» tələb edib. Bu da öz başlanğıcını ondan götürür ki, sabiq vitse-prezident Şərqi Avropada qanunun aliliyi məsələsinin qoyuluşu ilə məşğul olub.

ABŞ Ukraynada korrupsiyaya qarşı mübarizə aparmağa cəhd göstərib, Ukrayna korrupsiyası isə müdafiə olunub. İndi Mərkəzi və Şərqi Arropada Amerikanın rüşvətə qarşı səyləri təhlükə altındadır. Tramp administrasiyası yalnız müvəqqəti olaraq belə antikorrupsiya səylərini dəstəkləyib. Bu arada, impicment məsələsi onun da üzərinə işıq salıb ki, indiyə qədər ABŞ-ın dünyanın digər ölkələrində pislədiyi proseslər hazırda bu ölkənin özündə yayılmağa başlayıb. Adının açıqlanmasını istəməyən respublikaçı və Dövlət Departamentinin diplomatının sözlərinə görə, hazırkı ABŞ administrasiyasının vurduğu zərəri qiymətlədirmək çətindir: «Bizə olan inamı qaytarmaq üçün on illər lazım gələcək. Başqa ölkələr görürlər ki, Ağ Evdə əvvəllər bizim əksinə təbliğat apardığımız hər şey var» - deyə, diplomat qeyd edib. Təəssüf!

Soyuq müharibənin sonlarında keçmiş kommunist ölkələrində antikorrupsiyaçı fəallar həmişə ABŞ-ın dəstəyinə güvəniblər. ABŞ-ın köməyi müstəqil KİV-lərin araşdırmalarına dayaq olub, hakimlərin və prokurorların hazırlanmasına, həm də dövlət satınalmaları üçün şəffaf reyestrlərin yaradılmasına kömək edib. Dövlət Departamentinin Avropa və Avrasiya üzrə proqramları üçün büdcəsi ötən il 615 milyon dollar təşkil edib. Və bu vətəndaş cəmiyyətlərinin təmin olunması üçün həyati əhəmiyyət daşıyıb. Ukraynada, Rumıniyada və Moldovada oliqarxlar islahatlara köklənmiş siyasətçilərə hücumlar edərkən, ABŞ onları dəstəkləyib. Polşada və Macarıstanda hakim partiyalar məhkəmələri susdurmağa çalışarkən, ABŞ onları dəstəkləyib.

Son onilliyin əvvəlində Rusiya ilə münasibətlər pisləşməyə başlayıb. Və ABŞ kəşfiyyat xidmətləri Rusiya pullarının yuyulması istiqamətindəki axınlara diqqət yetirməyə başlayıblar. «Korrupsiya Ukraynanın xarici güclərdən qaynaqlanan islahatları qəbul etməmək üçün məcburetmə vastəsi kimi istifadə edilməyə başlayıb. O, həm də NATO və Avropa İttifaqı (Aİ) ölkələrini daxildən çürüməyə məcbur edib» - deyə, Viktoriya Nuland bəyan edib. Məlum olduğu kimi, Nuland Barak Obama administrasiyasında işləyib və orada məhz Ukrayna məsələsi ilə məşğul olub.

Baydenin Mərkəzi və Şərqi Avropaya səfərləri ona görə təşkil olunub ki, korrupsiyanın ABŞ milli təhlükəsizliyinə problem olduğunu digərlərinə anlatsınlar. «Biz, hər zaman hiss etmişik ki, ABŞ səfiriyindən dəstəyimiz var» - deyə, Rumıniyadan olan antikorrupsiyaçı fəal və Avropa parlamentinin üzvü Kristian Giena bildirib. Amerika və Avroittifaq Rumıniyanın «sərt» prokuroruna hücumlar olarkən (rüşvətxorluqla mübarizə apardığına görə) onu mülafiə edib. Bolqarıstanda da ictimai təşkilatların hökumətin repressiyalarından qorunması məsələsində ABŞ-n təzyiqləri onarı qoruyub…

Vaşinqtonun antikorrupsiya səyləri 2017-ci ildə darmadağın oldu. O zaman Vess Mitçell Dövlət Departamentinin Şərqi Avropadakı siyasətinə görə, məsuliyyəti öz üzərinə götürmüşdü.

O, əmin idi ki, korrupsiyanı sərt tənqid etmək ABŞ diplomatiyasına zərə vurur və Macarıstanı, Rumıniyanı və Bolqarıstanı Rusiyanın ağuşuna itələyir. İlin əvvəlində Mitçell isefa verdi. Amma baxmayaraq ki, bir çox ABŞ səfirləri antikorrupsiyaçı siyasəti davam etdirirdilər, onlar artıq əmin deyildilər ki, Ağ Ev onların arxasında «dağ kimi» dayanır. Bunun əvəzində, rüşvətxorluğa münsibətdə öz səfirlərinin mövqeyini dəstəkləmək əvəzinə, Tramp aministrasiyası onları susdurmağa başladı. Kiyevdən Yovanoviçin şərhi və dövlət katibi Mayk Pompeonun onu müdafiə etməməsi faktı – bütün bunlar diplomatları mat qoyurdu. Onun Kiyevdəki xələfi Uilyam Teylor öz ifadələrində diplomatiyanın paralel kanallarından söbət açıb. Həmin kanallar vasitəsilə ABŞ prezidentinə yaxın insanlar Ukraynadakı siyasi vəziyyəti öz üzərlərinə götürə biliblər. Oxşar situasiya Macarıstanda da yaranıb. Trampın orada siyasi mülahizələrdən dolayı təyin etdiyi səfir Baş nazir Viktor Orbanın Ağ Evə səfərini təşkil edib. Bu isə Rusiyayönlü Macarıstanın korrupsiyalaşmış hökumətinin «qısa zəncir»də saxlanılmasına çalışan məmurlardan yan keçməklə baş tutmuşdu…

Bütün bunları «biznes»in diplomatiya üzərindəki parlaq qələbəsi da adlandırmaq olar.

«Economist», Böyük Britaniya

Tərcümə «AzPolitika»nındır

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar