AVRASİYA BİRLİYİNİN TOPLANTISINA NİYƏ QATILIRIQ? – “Prezidentin bu tədbirdə iştirakında qəbahət görmürəm”

Rusiya Xarici işlər naziri Sergey Lavrov, Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və Həmvətənlərlə əlaqələr Komitəsin sədrinin müavini Konstantin Zatulin və başqa Rusiya rəsmilərinin işğalçı Ermənistana dəstək bəyanatlarına baxmayaraq, rəsmi Bakı Rusiya ilə ikitərəfli münasibətləri daha da gücləndirmək niyyətini nümayiş etdirir. 

Dünən məlum oldu ki, ölkə prezidenti İlham Əliyev dekabrın 20-də Avrasiya İqtisadi Birliyinin Sankt-Peterburq şəhərində keçiriləcək illik ənənəvi toplantısında iştirak etməyə razılıq verib. Azərbaycan rəhbərliyi ilk dəfə Birliyin sammitində iştirak edəcək. Buna qədər Bakı Ermənistanın bu birlikdə təmsilçiliyini əsas gətirib oradan gələn dəvətləri rədd edirdi. Azərbaycanın xarici siyasətində baş verən bu dəyişikliyin səbələri nədən ibarətdir? 

Politoloq Elxan Şahinoğlu “AzPolitika.info”-ya şərhində Rusiyanın Ermənistana hərbi-siyasi dəstək verməsinin, oradakı hərbi bazalarını moderinləşdirməsinin hamıya məlum olduğunu deyir. Əlavə edir ki, bunun kimə qarşı olduğu barədə suallara Rusiyada konkret cavab verə bilmirlər: “Çünki bir tərəfdən də Azərbaycanı və Türkiyəni tərəfdaş adlandırırlar. O zaman bu hərbi bazalar kimə qarşıdır? Bu sual aktuallığını qoruyub saxlayır. Xatırlamaq lazımdır ki, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov İrəvanda Azərbaycanın əlehinə açıqlamalar verib. Bunlara baxmayaraq, Rusiya Azərbaycanın qonşu dövlətidir, onunla normal iqtisadi, siyasi münasibətlərimiz olmalıdır. İqtisadi, ticari əlaqələrin yüksəlməsi bizim maraqlarımıza daxildir, çünki Rusiyada böyük sayda azərbaycanlılar yaşayır və onlar buradakı ailələrinə vəsait göndərirlər. Bu baxımdan əlaqələri yüksək səviyyədə tutmalıyıq, eyni zaman da siyasi dialoq davam etməlidir”. 

Politoloq vurğulayıb ki, işğalın davam etdiyi müddətdə Azərbaycanın KTMT-yə və Avrasiya İqtisadi Birliyinə üzvlüyünü doğru saymır: “Həmin təşkilatlarda işğalçı Ermənistan da təmsil olunur. Biz Ermənistanla eyni hərbi blokda, iqtisadi məkanda yer ala bilmərik. Çünki Avrasiya İqtisadi Birliyi üzv ölkələr arasında iqtisadi inteqrasiyanı nəzərdə tutur. Azərbaycan prezidentini bu təşkilatın Sankt-Peterburq şəhərində keçiriləcək toplantısına dəvət ediblər. Prezidentin həmin tədbirdə iştirakında qəbahət görmürəm. Biz Rusiya ilə iqtisadi əlaqələri gücləndirməliyik. Bu ölkədə siyasi və iqtisadi müstəvinin tamamilə Ermənistanın nəzarətinə keçməsinə də imkan verməməliyik”. 

“AzPolitika.info”

635x100

Şərhlər

Rasim 2019-12-09 00:19:16

Ayının min oyunu bir armudun başındadır...

Mahir 2019-11-28 08:46:29

Axırı rus elə şərait yaradacaq ki,ermənistanla Azərbaycan birləşəcək....

Ceyhun 2019-11-28 01:41:04

Rusiya her zaman hegomen dovlet ölub, ister esrin evvellerinde istersede axrinda. Rusya defelerle Azerbaycan detib ki, dagliq qarabag musteqil respublika olmalidir. Bu o demek deyilki ermenilerin terefini saxlayir, bu rusyanin esrler boyu apardigi siyasetdir. Lavrov kimdir o birisi kimdir. ....

Azərbaycanlı 2019-11-27 17:50:06

Anlaşılmazlıq buradan başlayır.Necə yəni?Rusiya rəsmi şəxsləri antiAzərbaycan çıxışlrı edir və biz buna bamayaraq: Rusiyaya rəğbətimizi yürütməliyik? Bu absurgd deyilmi? Axı biz müstəqil dövlət olduğumuzu deyirik.Bəs bu nədir??

Son yazılar