MİLLİ MƏCLİS BURAXILDI, NÖVBƏDƏNKƏNAR SEÇKİLƏR GƏLİR! - YAP Siyasi Şurasından ŞOK qərar

YAP Siyasi Şurasının hazırda davam edən iclasında növbədənkənar parlament seçilərinin keçirilməsi ilə bağlı qərar verilib. 

"AzPolitika.info" xəbər verir ki, toplantıda bununla bağlı yekdilliklə qərar qəbul olunub. Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.

Sabah Milli Məclisin iclasında parlamentin ləğvi məsələsi qaldırılacaq. Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.

Siyasi Şuranın iclasından sonra partiya deputatlarının iştirakı ilə ayrıca toplantı keçirilməsi qərara alınıb. 

AzPolitika.info

635x100

Şərhlər

vetendash 2019-11-28 14:16:39

Merkezi Sechki Komissiyasi LEQV EDILSIN, Mezahir Penahov ve "komandasi" ISTEFAYA GONDERILSIN, chunki, bunlar, olkeni, bu BERBAD GUNE SALIBLAR.....

Cəmşid Dərələyəzli 2019-11-28 13:52:50

Sanıram Bununla paralel seçgi qanununda dəyişiliklər də edilməlidir. Çünki, dövlət quruculuğu və qanunçuluq bazası demək olar ki, tam təmin olunub. Aparılan islahatlarda, xalqın iradəsinə söykənən milli məclisin formalaşdırılması, artıq zamanın tələbidir. Sanıram Dövlət Başçısı bu yöndə də qətiyyətini ortaya qoymuş olacaq.

Son yazılar