“TƏRKİBDƏ CİDDİ DƏYİŞİKLİK OLACAQ” - “Bizə hansı dairədən kimin namizədliyinin irəli sürülməsi bəllidir”

“Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti Konstitusiyaya tamamilə uyğundur”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov müxalif qüvvələrin mövcud müraciətlə bağlı səsləndirdiyi iradlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, müxalifətin yaddaşında bir az problem var: “Ona görə də nə dediklərini bilmirlər. Çünki sonuncu toplantılarında qəbul etdikləri sənədin sonuncu bəndi elə növbədənkənar parlament seçkiləri ilə bağlı bənd olub. Yəni onlar düşünürdü ki, bəyanat versələr, hakimiyyət həmin məsələdən uzaqlaşacaq, seçkilər keçirilməyəcək. Halbuki onların bəyanatının bizə heç bir aidiyyəti yoxdur. Azərbaycan müstəqil siyasət yeridir və hər hansı bloka qoşulmur. Bu baxımdan, Azərbaycan xalqının tələbinə uyğun olaraq işini qurur”.

S.Novruzov bildirib ki, dünya praktikasında müxalifət növbədənkənar seçkiləri önəmli sayır: “Siyasi partiyanın işi seçkiyə hazırlaşmaq və orada iştirak etməkdir. Əgər onlar seçkiyə hazır deyilsə, onda fəaliyyətləri nədən ibarətdir. Dəfələrlə şahidi olmuşuq ki, prezident seçkiləri zamanı müxalifət namizəd tapa bilməyib. Onlar ya Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovu, ya da Cəmil Həsənlini tapıb gətirirdilər. Hansı ki həmin ərəfədə də namizədliyin irəli sürülməsi prosesi yekunlaşmaq üzrə idi. Ona görə də seçkilərdə ən vacib məsələ zamandır”.

MM-in komitə sədri vurğulayıb ki, deputatların parlamentdəki çıxışları, seçiciləri ilə görüşləri, mətbuatla əlaqələri, beynəlxalq təşkilatlarda işi, sosial şəbəkələrdə fəaliyyəti və s. təhlil edilir: “Buna uyğun olaraq da hər ay hesabat hazırlanaraq partiyada müzakirə olunur. Növbəti seçkilərdə onların təhlil müddətindəki fəaliyyəti nəzərə alınacaq. Artıq bizə hansı dairədən kimin namizədliyinin irəli sürülməsi bəllidir”.

YAP rəsmisi həmçinin mətbuatda və sosial şəbəkələrdə növbəti seçkilərdə kimlərin iştirak edib-etməyəcəyi ilə bağlı dərc olunan siyahıya da münasibət bildirib: "Bu, havadan götürülmüş siyahıdır. Hər seçki öncəsi belə siyahılar dərc olunur".

“Milli Məclisin 7-8 üzvü müxtəlif səbəblərdən iclasa qatılmayıb. Tərkibin dəyişməsi də məhz seçicilərdən asılıdır. Seçkidə iştirak üçün yaş məhdudiyyəti yoxdur. Seçkinin ilk işi təhlildir. Təhlil olmadan seçkidə uğur qazanmaq olmaz. Müxalifətin isə belə taktikası yoxdur. Tərkibdə ciddi dəyişiklik olacaq, amma bu yenə də seçicidən asılıdır”, - o qeyd edib.

635x100

Şərhlər

Məzahir 2019-12-02 18:50:39

Siyavuşun siyahisi hazırdır.Afərin belə saxtakarlığa! Hələ Parlament buraxılmamış,namizəd verilmə müddəti müəyyənləşməmiş Siyavuş hansı hüquqi əsasla belə məlumat verir? Bu da siyahi demək deyil? Bir də ki,80 faiz YAP-çılardan ibarət parlament buraxılırsa,bu YAP namizədlərinin yararsız ,qanunsuz olduğunuvacib deyilmi? sübut etmirmi? Bəs Siyavuş niyə belə arxayın çıxış edir? Ayıba kor olmaq olduğunu r

Kimsə 2019-11-30 18:27:31

Qoca qoltuq, sınıq salxaqlar çıxarılacaq daha çevik cavan yetirmələr gəlib sələflərinin etdikləri daha artıq edəcəklər.

Vətəndaş 2019-11-30 13:07:24

Hələ Mİlli Məclis Rəsmi olaraq buraxılmayıb (dekabrın 2-də qərar olacağı gözlənulur),bu adam namizədlərin bəlli olduöundan danışır.Daha seçki nəyə gərəkdir ki? Kİmi aldadırıq?Ay Siyavuş,gətir siyahini,oturt onları Milli Məclis adlandırdığınız yerdə.Daha bu seçki oyunu kimə lazımdır?

adam 2019-11-29 18:52:30

bu adamdan bashqa adam yoxdur bu olkede? Uzunu gormekden beeeezdiiik!!!

Millət 2019-11-29 17:15:23

Yenə siyahi deputat? Bunlar Milləti aldatmaqdan,süni seçki oyunu oynamaqdan yorulmadılar?....

Seçici 2019-11-29 17:12:28

Seçki yalnız o zaman demokratik və əsaslı olar ki.rayon və şəhərlərdə yaşayan,həmin rayon və şəhərin əhalisinint yaxşı tanıdığı və hörmət etdiyi,bədənində milli qan olan,milli qarışığı olmayan təmiz Azərbaycan vətəndaşı namizəd olsun və həqiqi seçki yolu ilə seçilsin.Məzahirin və ya Siyavuşun siyahisi ilə yox!

Son yazılar