ƏLİ HƏSƏNOV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Onun rəhbərlik etdiyi şöbə də ləğv olundu

Prezident İlham Əliyev Əli Həsənovun Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Əli Məhəmmədəli oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri postu da ləğv edilib.

Bu, Prezident İlham Əliyevin Prezident Administrasiyasının yeni strukturu barədə sərəncamında əksini tapıb.

Qeyd edək ki, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov olub.

635x100

Şərhlər

Əhmədli 2019-12-01 17:54:32

Belələrini elə posta təyin edilməməli idi....Əfsus ki, illərlə at oynatdı.

Vahid 2019-11-30 18:18:52

Əli Məhəmmədəli oğlu Həsənov. Bu adların hər birisi əsl Müsəlman üçün əzizdir, müqəddəsdir.Lakin...

Vahid 2019-11-30 18:15:08

Hər üç deputatın Yuxarı Qarabağa səfər edilməsi məsələsindəki şəxsi mövqeyini alqışlayıram. Qoy, belə səfəri ......erməni alçaqlarla qohumluq əlaqəsinə girənlər etsin.

t.ədalət 2019-11-29 21:00:11

Bəlkə də cənab Prezidentin ən uğurlu addınlarından biri budur.Gərəksiz və hesablanmış çıxışları ilə hakimiyyəti "söyüş atəşinə" tutduran elə bu Əli Həsənov idi.Atalar deyir ki,iki dəlinin əlində zəncir də qırılır.Odur ki,əks mövqedə olanlarlı ağıllı davranışlarla sakitləşdirmək mümkündür,nəinki söyüşə-söyüşlə cavab vermək.Yalnız savadsız adamlar "daşa-daşla" cavab verirlər.

pensioner 2019-11-29 19:35:44

Лёд тронулся!

yalçın 2019-11-29 17:54:00

yerinə cəddi olan biri gələcək, yəqin onda bu yox imiş..

Cəmşid Dərəıləyəzli 2019-11-29 17:50:30

Nəhayyətdə. Bu çoxdan olmalı idi Ölkədə vətəndaşla Öölkə Başçısı arsında uçurumu dərinləşdirən və auditoriyaya söyüş ritorikasına çevirən Əli Həsənov idi. Yaxşı olar ki, Əli Əhmədov haqqında da belə bir sərəncam çıxardı. Artıq qocalıb. və yorulub. YAP-ın icra aparatı da gəncləşməlidir.

Rafik 2019-11-29 17:49:58

Bəs bunun... Ona bağışlanılır?

Son yazılar