Naxçıvan DSMF-nin sədr müavini vəzifəsindən azad edilib

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Vüsal Sevdimalıyev Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini vəzifəsindən azad edilib.

Ali Məclis sədrinin digər sərəncamı ilə Mirsədr Seyidov isə Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti rəisinin müavini təyin edilib.

635x100

Şərhlər

yalçın 2019-12-02 18:27:44

orada da açar postlara cəddinə və arxasına güvənənlər qoyulur durmadan....get-gedə daha çox oxşayırıq indiki irana...

Son yazılar