Şirvanda qapısına körpə atılan ailənin övladı olmayıb - FİLM KİMİ OLAY

Şirvanda qapısına yeni doğulmuş körpə atılan ev sahiblərinin heç vaxt övlad sahibi olmadığı üzə çıxıb.

APA TV-nin məlumatına görə, Şirvan şəhəri Leytenant İbrahimov küçəsi, 18-ci binanın 2-ci mənzilində yaşayan 56 yaşlı Abbasov Şahin Əlövsət oğlu ilə özündən 3 yaş kiçik Abbasova Sevda Əlikram qızı 2011-ci ildə evləniblər.

9 il ərzində cütlüyün arasında bununla bağlı nə bir söz-söhbət olub, nə də həyatlarını birləşdirməyə peşman olublar. Ümidlərini isə itirməyiblər və... Noyabr ayının 28-də nağıllarda və filmlərdə rast gəlinəcək hadisə baş verir. Döyülən qapını açan evin xanımının həmin an yəqin ki, gözlərindən heç vaxt çəkilməyəcək: “Telefonla danışırdım, qapı möhkəm döyüldü. Açdım gördüm ki, sellofanın içində qırmızı bükülü nə İsə var. Qonşularım dedi ki, qapınızın ağzına uşaq qoyublar. Bir anlığa dəhşətə gəldim ki, mənə də bu rast gəldi. Belə şeylər kitablarda, filmlərdə olur. Amma mənim özümə rast gəldiyinə görə “şok” keçirdim. Əyildim buz kimi daşın üstündən körpəni götürdüm, çox zəif səslə inildəyirdi. Fikirləşdim ki, uşaq elə həmin gün dünyaya gəlib. Gətirdim içəri, şokda idim, nə edəcəyimi bilmirdim, yoldaşım dedi ki, polisə zəng edək”.

Sevda xanın həyat yoldaşına etiraz etməyib. Amma illərdir övlad həsrəti çəkən qadın körpəyə biixtiyar isinişməyə başlayıb...

“Polis gəlincə mən uşağın bələyin açdım, həm cinsini bilmək istədim, həm də düşündüm ki, üstündə yazı, nişanə ola bilər. Qız idi, çevik hərəkətlərindən sağlam uşağa oxşayırdı. Uşağı bələyin təzələdim, ürəyim ağrıdı, uşaq buz kimi yerdən götürdüyüm yadıma düşdü. Altını təzələdim ki, polislər gəldi. Verdik ki, onlar da aidiyyəti üzrə təhvil versin”.

Körpəni atıb gedən şəxs(lər) seçdiyi ünvanda kimlərin yaşadığından çox güman ki, xəbərdardır. Sanki övladından imtina edən şəxs onu etibarlı əllərə - uşaq həsrəti ilə yaşayan birinə vermək kimi amansız bir qərar verib: “Uşağı gətirib bizim qapıya qoyan adam kimdirsə, haqqımızda ətraflı bilgiyə malikdir. Övladımızın olmadığını bilir. Bu təsadüf deyil və heç nə təsadüf olmur. Hər bir şeyin bir zərurəti var. Ona görə ki, 10 ilə yaxındır biz evlənmişik. Həkimlərə müalicələrə getmişik. 4 il dayanmadan müalicə prosedurları keçmişik. Biz bir nəticə ala bilmədik. Övladımız olmadı”.

Ev sahibləri uşağın onların qapısına qoyulmasını təsadüfi saymır. Ər-arvad həmin adamın hətta yaxın biri olduğundan şübhələnir: “Bəlkə də kimsə deyib ki, aparıb bu qapıya qoysan uşağa yiyə durarlar. Düzdü mən istəyirəm bu mənim arzumdu. Bundan ötrü mən çox çalışmışam. Amma hər şeyin qanunu olmasının tərəfdarıyam. Yəni bilmirəm o uşaq kimdir, o qədər şeylər baş verir ki... Oğurluq da ola bilər”.

Körpəsini atan ana, ata əlbəttə ki, heç bir insanlığa sığmayan hərəkət - cinayət edib. Uşaqdan imtinanın sivil və qanuni yolları mövcuddur. Bunun üçün körpələr evi də var, övladı olmayanlar da.

Şahin Abbasov isə ata olmaq arzusu ilə ötən gün Şirvan şəhər İcra Hakimiyyətinə müraciət edib.

Şərhlər

RASIM 2019-12-02 17:19:03

Sözün bitdiyi yer budur.Allah birini övlad yoxluğu ilə birini isə övlad verərək imtahan edir.Nə deyəsən belə hadisəyə.

Son yazılar