BAKIDA LAVROVU GÖZLƏYƏN ƏSAS SUAL... - Politoloqlardan rəylər

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bu gün - dekabrın 2-də Azərbaycana ikigünlük səfərə gəlib. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi Lavrovun səfərindən öncə yaydığı məlumatda deyilir.

O, Prezident İlham Əliyevlə görüşəcək, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlar aparacaq. Danışıqların əsas mövzusu Azərbaycanın separatçı Dağlıq Qarabağ regionunda sülhə nail olunması olacaq.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində tərəflərə yardım Rusiya xarici siyasətində prioritet məsələdir və Rusiya prezidentinin diqqət mərkəzindədir. Münaqişənin yalnız siyasi və diplomatik yollarla, tərəflər arasında dialoq vasitəsilə həllinə dair mövqeyimiz dəyişməyib”, – məlumatda vurğulanıb.

Xatırladaq ki, ötən ay Rusiya Xarici işlər naziri Ermənistana səfər edərkən Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın əalhinə bəyanatlar səsləndirib. Lavrovun daha çox narazılıq yaradan fikri "Qarabağ münaqişəsinin həlli Qarabağ xalqının iştirakı olmadan mümkün deyil" bəyanatıdır.

Bu gün Azərbaycan rəsmiləri bu barədə Rusiya Xarici işlər nazirinə suallar ünvanlayacaqlarmı? Münaqişənin həllində əsas vasitəçilərdən birinin qarşı tərəfin maraqlarına uyğun bəyanatlar səsləndirməsinin hansı nətəclərə gətirib çıxaracağı barədə xəbərdarlıq ediləcəkmi? 

Politoloq Arzu Nağıyev AzPlotika.info-ya şərhində bildirib ki, səfər çərçivəsində Rusiya və Azərbaycan XİN-lərinin gələn ildə əməkdaşlıq proqramı təsdiq olunacaq: "Təbii ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri və münqaişənin həllində əsas vasitəçilərdən biridir, səfər zamanı Qarabağ probleminin həlli ilə bağlı da müzakirələr olmalıdır. Hesab edirəm ki, Lavrovun Ermənistanda Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanatlar da müzakirı olunmalıdır. Başqa cür ola da bilməz".

Politoloq səfərin, Bakıda keçiriləcək müzakirələrin münqaişəninin həlli ilə bağlı ciddi bir dəyişikliyə gətirəcəyinin gözlənilən olmadığını düşünür: "Ola bilər, Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya səfərindən sonra proseslərdə müəyyən korrektələr edilə bilər. Yəni, Kremlin xarici siyasətində Azrbaycanın xeyirnə müəyyən dəyişikliklər gözləniləndir".

Politoloq Elxan Şahinoğlu da AzPolitika.info-ya bildirib ki, Sergey Lavrov İrəvanda Qarabağla bağlı məlum açıqlamanı verməsi Azərbaycanın haqlı narazılığına səbəb olub: "Doğrudur, onun müşavirləri, köməkçiləri bu bəyanatı müəyyən qədər korrektə etməyə çalışdılar ki, Bakı ilə körpülər tamamilə yandırılmasın. Lavrovun Bakıya səfərinə gəldikdə, düşünürəm ki, Rusiya XİN rəhbəri İrəvanda verdiyi bəyanatı korrektə etməyə çalışacaq. Üstəlik İrəvanda imzaladığı sazişin oxşarını Bakıda imzalayacaq. Yəni, İrəvanda Rusiya-Ermənistan arasında 2020-ci ildə əməkdaşlığı nəzərdə tutan sənəd imzalanmışdısa, Azərbaycanla da gələn il ərzində iki ölkə XİN-ləri arasında əməkdaşlığı əhatə edən proqram təsdiqlənəcək".

Politoloq bu səfərin Qarabağ münaqişəsinin həllinə təkan verəcəyini düşünmür: "ATƏT-in və Lavrovun əsas istəyi odur ki, iki ölkə arasında "xalq diplomatiyası" genişlənsin. Bu ilin aprelində jurnalistlərin qarşılıqlı səfərlərinin təşəbbüskarı da məhz Lavrov idi. Əlbəttə, mən dialoqun, təmasların əleyhinə deyiləm.Amma münaqişə siyasi cəhətdən həll olunmalıdır ki, qarşılıqlı səfərlər, "xalq dipolmatiyası" bəhrə versin. 25 ildə xalq dipolatiyası da, jurnalistlərin qarşılqılı səfərləri də dəfələrlə olub. Amma münaqişənin həllinə təsir etməyib. Çünki münaqişənin həlli ilə bağlı nə jurnalistlər, nə də qeyri hökumət təşkilatları qərar verəcək, qərarları siyasilər qəbul edir. Yalnız bundan sonra dialoqun faydalarından danışa bilərik".

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə isə hesab edir ki, Lavrovun səfəri çərçivəsində Qarabağ münaqişəsi ilə yanaşı ikitərəfli münasibətlər, Xəzər məsələsi və İran ətraflnda yaranmış vəziyyət müzakirə oluna bilər.

Politoloq qeyd edir ki, Rusiyanın bütün bəyanatlarının harada, kimin iştirakı ilə səsləndirilməsinin fərqi yoxdur: "Rusiyanın bir məqsədi var: Azərbaycanı və Ermənistanı daha çox qarmaqda saxlamaq".

AzPolitika.info

Şərhlər

Kamil 2019-12-02 18:25:49

Lavrova cavab çox gecikməyib? İndiyə qədər rəsmi Bakı susmaq yolunu niyə seçib?Bu Azərbaycan rəsmilərinin Qarabağ və ətraf rayonların işğalına etinasızlığı deyilmi?m

Özgür 2019-12-02 18:47:13

kalantaryandan soruşun ki, Qarabağı nə vaxt qaytarır, 26 il də gözləyək ?

Hafiz 2019-12-03 10:21:16

Azərbaycanlı qaçqınlar nə vaxt dağıdılmış evlərinə, yurdlarına qayıdacaqlar?!. Lavrovunan heç bir danışıq aparmaq lazım deyil. Azərbaycanın və azərbaycanlıların xeyirinə bir şey olmayacaq.

Son yazılar