Azərbaycanlı teleaparıcı haqqında araşdırma - 8 milyardlıq təyyarə, yaxta...

Kreml azərbaycanlı teleaparıcı Nailə Əsgərzadə ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Fondunun apardığı araşdırma haqqında məlumatlı deyil və bunu şərh edə bilməz.

Bunu Rusiya Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bizim bu istintaq barədə məlumatımız yoxdur. Buna görə də hər hansı açıqlama verə bilmərik ", - deyə Peskov vurğulayıb.

Bundan əvvəl, Korrupsiyaya qarşı Mübarizə Fondu aparıcıya VTB Bankın rəhbəri Andrey Kostin tərəfindən hədiyyə edildiyi iddia olunan təyyarə və yaxta ilə bağlı material yayımlayıb.

Xatırladaq ki, “Rossiya1” televiziya kanalının aparıcısı Nailə Əsgərzadənin Bombardier Global 6000 təyyarəsi və 62 metrlik yaxtadan istifadə etdiyi iddia olunur. Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Fondunun araşdırmasında deyilir. Nəşrin müəllifləri bunun jurnalistin VTB dövlət Bankının prezidenti Andrey Kostinlə yaxın münasibətləri nəticəsində mümkün olduğunu hesab edirlər.

Təyyarə və yaxtanın dəyəri 8 milyard rubl təşkil edir. (azvision.az)

635x100

Şərhlər

t.ədalət 2019-12-02 20:14:42

Qoca rus bankirin xanımı yox,aşnası olan biri haqqında bu qədər yazmağa dəyərmi?Digər millətlərdən fərqli olaraq,azərbaycanlı qız xristianı,yaxud da özgə milləti seçəndə hörmətsiz hesab edilir.Ona görə də Əsgərzadə ilə hansısa bir erməni arasında bir fərq görmürəm.

Son yazılar