Ermənilər alman imiş!?

İlhami Cəfərsoy

Filologiya üzrə elmlər doktoru.

Azərbaycan Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstitutunun “Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiri.

[email protected]u

Nə qədər ki, rusların knyazı İvan hələ Qroznı deyildi, ermənilər özlərinə Avropada arxa axtarırdılar. Gah keşiş, gah tacir libasında kralların qapılarında boyun bükürdülər.

Vatikanın kardinalları da onların üzünə xoş baxmırdılar. Tələb edirdilər ki, Qriqorinin təlimindən üz döndərib katolik olsunlar. 

Ermənilərin günçıxanla günbatan arasında vurnuxduqları bir zamanda günəş şimaldan doğmağa başladı. Onlar Avropaya arxa çevirib, üzlərini Rusiyaya tərəf döndərdilər. İki yüz il Yekaterinanın tumanının ətəyini buraxmadılar.

İndi tuman yiyəsinin balaqları gündən-günə boşalmaqdadır. Qərbin bir-birinin ardınca tətbiq etdiyi sanksiyalar Rusiyanın iqtisadiyyatını çökdürür. Gəminin deşildiyini, anbara su dolduğunu siçovullar hamıdan tez hiss edirlər.

Ermənilər yaxın illərdə Vladimir sözünün “dünyanın yiyəsi” anlamını itirəcəyini duyurlar və Karegin Nijdeyə heykəl qoyub kölgəsinə toplaşırlar. Deyirlər ki, biz almanların qan qohumlarıyıq. Ermənilərin damarlarında cürbəcür xalqların, hətta qaraçıların qanlarından damcılar tapmaq çətin deyil. Bunu onlar özləri də etiraf edirlər.

Akademik M.X.Abeğyan yazır ki, ermənilər neçə-neçə qəbilə və tayfanın qatışığından yaranmışdır. Onların özləri də, dilləri də hibriddir (Абегян М.Х. История древнеармянской литературы. Ереван, 1975.s.11-12, 35, 60). Hər halda Manuk Xaçaturoviç öz dilinin və millətinin necə yarandığını bizdən pis bilmir.

O ki qaldı ermənilərlə almanların qohumluğuna, almanlar özlərinə alman və ya erman demirlər doçe deyirlər. Öz ölkələrini isə doçland adlandırırdılar. 

Düzdür, qədim Ön Asiyada bəzən erman, bəzən alman adlandırılan bir etnos var idi. Ancaq onlar nə ermənilərə qohum idilər, nə almanlara. Onların dili iltisaqi olub, türk dillərinə bənzəyirdi. Bu fikirlər bizə yox, almanların öz alimi Fridrix Vaysbaxa məxsusdur. İndiki ermənilər flektiv dillidirlər.

Ermanlar eradan əvvəl 23-cü əsrdə Elamın şimal-qərbində, Kuta ölkəsində yaşayırdılar. O zaman hindavropalılar hələ tarix səhnəsində görünməmişdilər. Ermanların adı ayrı-ayrı mənbələrdə h`erman, arman, h`alman, y`alman və s. formalarında yazıya alınmışdır.

Ermanlar öz qədim vətənlərindən – Urmiya gölünün cənubundan Ön Asiya ölkələrinə, Qara dənizin şimalına, oradan Avropaya yayıldılar. Onların bir hissəsi cənuba Dəclə və Fərat çaylarının arasına köçdü.

V.Hints yazır ki, Elam hakimi Şutrux Naxxunta e.ö. XIII əsrdə Mesopotamiya çökəkliyindəki Arman ölkəsini tutdu. Həmin Arman, indiki Holvandır (Хинц 1987.s.142).

Başqa bir Arman ölkəsi və şəhəri Babil-İran hərbi yolunun üstündə yerləşirdi. Bundan xeyli sonra e.ö. 750-ci ildə assurlar hardasa Bağdad yaxınlığında Almanzor adlı bir şəhəri tutmuşdular. Kassit çarı II Aqum (e.ö. 1750-1704) kitabəsində özünü almanların hakimi adlandırır. Bu o deməkdir ki, kassit çarı Elamı tutmuş, o zaman Elamın şimal-qərbində yaşayan Alman tayfasını özünə tabe etmişdir.

Bu məlumatlar onu göstərir ki, qədim dünyanın bəzi etnosları kimi almanlar da bir yerdə dayanmamış, güclü vaxtlarında Elamın və İkiçayarasının münbit torpaqlarını ələ keçirmiş, zəifləyəndə Zaqros, Kilikiya, Qafqaz dağlarının ətəklərinə çəkilmişlər. 

Strabon (I əsr) yazır ki, H`Erman tayfası Qafqazda yaşayır. Senkovskiyə görə, Qerman həmin adın rus dilinə tərcüməsidir. Ksenofonta görə Fessaliyalı Yazon Armen ilə birlikdə İberiyadan və Albaniyadan keçib, Kaspi dənizinə çatmışdır. Həmin Armen əslən Armenion şəhərindən idi.

Armenion indiki Türkiyə ərazisində yaşayan armenlərin şəhəri idi. E.ö. IX əsrə aid Assuriya mixi yazılarında onlar Alman adlandırılırlar. Nə Armenin indiki ermənilərə bir aidiyyatı var, nə Almanın.

H`Aylar da, ermanlar da 387-ci ilə qədər öz dillərində danışırdılar. O zamana qədər hələ onlar yunanların və sasanilərin hakimiyyəti altına düşməmiş, dilləri indiki erməni dilinə çevrilməmişdi. 

Onlar siyasi vəziyyətə uyğun olaraq əhəmənilərin tərəfində yunanlara, Romanın tərəfində sasanilərə qarşı vuruşurdular. H`Erman qoşunları Suriya çarı Abqarın zamanında sasanilərin üzərinə hücuma keçdilər. Onlar bu zaman Pompeyın və Krassın müttəfiqi idilər.

Ermanların Yafəs ilə birlikdə Kaspi dənizinə gəlib çatması o demək deyil ki, indiki ermənilər Xəzər dənizinə gəlib çatıblar. Arxaik almanlar indiki ermənilərə yox, albanlara və türklərə qohum idilər. Həmin almanlar Fessaliyaya qayıtmadılar, Albaniyada yurd saldılar. XIX əsrdə yaşamış gürcü yazıçısı Daniil Çonkadzenin arxivində qorunub qalan bir salnamədə göstərilir ki, hardasa Qafqaz dağlarının ətəklərində Alman adlı xalq yaşayır.

Alman e.ö. VIII əsrə aid Urartu mixiyazılı abidələrində: 1. tanrı, 2. etnosdur. Həmin alman və ya ermanlar bir zaman güclənib, Urartu tayfa ittifaqına başçılıq etmişdilər.

Erman və ya almanların çoxu yunanlarla, romalılarla, parfiyalılarla döyüşlərdə məhv olub getmiş, sağ qalanlar Qara dənizin şimalına köçmüşdür. Onlar orada qotları, çeremisləri özlərinə tabe etdilər. Almanların qüdrətli başçılarından biri qot tarixçisi İordana görə, Ermanarix adı daşıyırdı. Ermanarix arınmış, göylərdən enmiş Erman deməkdir.

Ermanlar qotlarla birlikdə IV əsrə qədər məğlubedilməz idilər. Hun xaqanı Atilla ilə döyüşdə onlar məğlub oldular və şimali Qara dəniz çöllərindən Avropanın qərbinə köçdülər. İltisaqi dilli ermanlarla flektiv dilli avropalıların qarışması nəticəsində indiki alman dili yarandı.

Avropa tarixçiləri bu məlumatların üstündən sükutla keçsələr də, alman dilinin tarixi leksikası əsasında çox faktları sübuta yetirmək mümkündür. Alman dilinin və ədəbiyyatının məşhur tədqiqatçısı Rozaliya Şor yazır ki, alman və kelt dillərinin hər üç sözündən ikisi qeyri-hindavropa mənşəlidir. 

A.Traçevski hələ 1889-cu ildə yazırdı: - Almanlar öz salnamələrini türk-runik əlifbası ilə yazırdılar (Трачевский А.Древняя история. Санкт-Петербург, 1889). Əgər bu sözləri biz desək, avrofillər pişiyimizi ağaca dırmaşdırarlar. Yaxşı ki, biz deməmişik, A.Traçevski deyib. Almanlar XIII əsrə qədər öz əsərlərini türk-runik əlifbası ilə yazırdılar (Nümunə)

Roma papasının fitvası ilə 1200-cü ildə Fransanın cənubunda 1 milyon nəfər Aran əsilli Kedar övladı öldürüldü. Bundan sonra Vatikan keşişləri Avropa kilsələrindəki türkcə salnamələri latın dilinə tərcümə edib əlyazmalarını yandırdılar. 

Fransada qırğından qurtulan Aran övladları Britaniya adlarına köçdülər. Ona görə də Şotlandiyadan türk-runik əlifbası ilə mağara yazılarının tapılmasına təsadüf kimi baxmaq olmaz. Heç Ağdamın Şotlanlı kəndi ilə Şotlandiya ölkə adının uyğunluğuna da təsadüf kimi baxmaq olmaz.

İsveç zabiti F.Stralenberq 1713-1722-ci illərdə Sibirdə olarkən görmüşdü ki, alman runları türk runlarına çox bənzəyir. “Manas” dastanında Alman bet adlı alp igid var. O, qırğız xanı Gökçənin dostudur. V.V.Radlov yazır ki, Alman bet İslam dinini qəbul edən kalmıkların xanı olmuşdur. Bundan başqa başqurdların Min tayfasının bir oymağı Almanay adlanırdı.

Nə qədər ki, rusların knyazı İvan hələ Qroznı adını almamışdı, I Pyotr yekəlib böyük olmamışdı, ermənilər kraliça Yelizavetanın tumanının ətəyindən yapışıb, özlərinə Avropada arxa axtarırdılar.

İndi tarixin təkəri geriyə dönmədədir. Qərbin sanksiyaları qarşısında knyaz Dolqorukinin qolları gödəlir, Putinin Vladimir adı “dünyanın yiyəsi” anlamını itirir. İqtisadiyyat çökür, bazarlar boşalır. 

Siçovullar gəmiyə su dolduğunu hamıdan tez duyurlar. Karegin Nijdeyə heykəl qayub, kölgəsinə toplaşırlar. Deyirlər ki, biz almanlarla qan qohumlarıyıq.

635x100

Şərhlər

İlhami 2019-12-03 11:50:18

Elli bəy, Yekaterina yox, Yelizaveta nəzərdə tutulur.

TARİX 2019-12-03 09:53:13

Onlar qaracı tayfası xaylardır.Bu qövmün adı, tarixi,musiqisi,hər şeyi oğurluqdur.

erməni-XAİES QARAÇI XİSLƏTİ: 2019-12-02 22:45:41

Siçovullar gəmiyə su dolduğunu hamıdan tez duyurlar. Karegin Nijdeyə heykəl qayub, kölgəsinə toplaşırlar. Deyirlər ki, biz almanlarla qan qohumlarıyıq.

Aqa 2019-12-02 20:29:40

BUNLARIN sortuna lənət.Haradan kecməyiblər.SORTU məlum lmayanlar.

Elli 2019-12-02 17:59:25

müəllim Yekaterina böyük Pyotr öləndən sonra imperatritsa olmuşdur.

Son yazılar