Rusiya Çinə qaz tədarükünə başladı - Sibirin gücü kəməri ilə

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, şimal qonşumuz «Sibirin gücü» qaz kəməri ilə Çin Xalq Respublikasına (ÇXR) qaz tədarükünə başlayıb. Bu barədə «TASS» informasiya agentliyi xəbər yayıb.

Rusiya prezidenti Vladimir Putin, ÇXR sədri Si Tsizinpin və «Qazprom»un idarə heyətinin səlri Aleksey Miller arasında baş tutmuş telekörpünün gedişi zamanı qaz kəmərinin isistmara buraxılmasına start verilib.

«Hörmətli Vladimir Vladimiroviç! Xətt üzrə kranın açılmasına komanda verilməsinə icazə istəyirik» - Miller deyib.

Putinin icazəsindən sonra Miller deyib: «Hörmətli Vladimir Vladimiroviç, hörmətli Si Tsizinpin, kran açıvldı. Qaz ÇXR-in qaz nəqli siteminə daxil olur».

Xəbərə görə, «Sibirin gücü» qaz kəməri ilə ilk mərhələdə qaz nəqli Yakutiyanın Çayandinsk yatağından həyata keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar