Putinin layihəsinə qarşı ABŞ sanksiyalarının detalları açıqlandı

ABŞ Konqresinin “Şimal axını – 2” layihəsinə qarşı hərbi büdcəyə daxil etməyi planlaşdırdığı sanksiyalar boru kəmərinin tikintisində iştirak edən müxtəlif şirkətlərə şamil ediləcək. Bu barədə öz mənbələrinə və Senatın Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Cim Rişin Qalifaksda təhlükəsizlik konfransındakı çıxışına istinadla “Bild” nəşri məlumat verir.

Xüsusən Avropa şirkətlərinin Amerika bazarına çıxışını məhdudlaşdıracaq tədbirlər İsveçrənin sualtı boruların və kabellərin çəkilişi ilə məşğul olan “Allseas” şirkətinə şamil edilə bilər. “Bild” qeyd edir ki, “Qazprom” ilə birgə fəaliyyət göstərən bir neçə alman şirkəti də təhlükə altındadır. Nəşr əlavə edir ki, məhdudlayıcı tədbirlər Yeni İlə kimi qüvvəyə minə bilər.

Bu barədə noyabrın sonu Cim Rişə istinadən “Defense News” nəşri məlumat vermişdi. Sonuncu bildirib ki, “Şimal axını – 2” layihəsində iştirak edən şirkətlərə qarşı sanksiyalar haqqında bənd ABŞ-ın hərbi büdcəsi haqqında qanun layihəsinə əlavə edilə bilər, ona görə ki, boru kəmərinin çox güman yaxın bir neçə ay ərzində təhvil veriləcəyini nəzərə alsaq, ayrıca sanksiya sənədinin hazırlanmasına vaxt yoxdur. “Defense News” sanksiyaların “Avropanın enerji təhlükəsizliyinin müdafiəsi haqqında” akta yaxın olacağını və əsasən boru kəmərlərinin çəkilişi üçün öz gəmilərini icarəyə verən şirkətlərə şamil ediləcəyini ehtimal edir. Lakin “Bild” nəşrinin mənbəyi bildirib ki, məqsəd tikintinin tamamilə dayandırılmasıdır.

Oktyabrın sonu respublikaçı senator Endi Barr Avropanın enerji təhlükəsizliyi haqqında qanun layihəsi hazırlayıb. Sənəd “Şimal axını – 2” layihəsinin tikintisində iştirak edən şirkətlərə qarşı yeni sanksiyaların tətbiq edilməsini nəzərdə tutub. İyulda ABŞ Senatının Beynəlxalq Məsələlər Komitəsi Baltik dənizində Rusiyanın qaz kəməri üçün boru kəməri çəkən xarici şirkətlərə qarşı məhdudlayıcı tədbirlərin həyata keçirilməsini təsdiqləyib.

Buraxıcılıq qabiliyyətinin 55 milyard kub metr olacağı planlaşdırılan “Şimal axını – 2” qaz kəməri Baltik dənizinin dibi ilə Rusiya, Finlandiya, İsveç, Danimarka və Almaniya ərazilərindən keçəcək. ABŞ, Polşa, Ukrayna və Baltikyanı ölkələr qaz kəməri layihəsinə qarşı çıxır. Layihə 9,5 milyard avro dəyərində qiymətləndirilir. “Nord Stream 2 AG” şirkətinin yeganə səhmdarı “Qazprom”-dur. Avstriya, Almaniya, Niderland və Fransadan beş neft-qaz şirkəti bu layihəyə investisiya edib.

(Tərcümə: xpressa.net)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar