“NƏYƏ GÖRƏ “MÜMKÜNSÜZLÜYÜ” SÖZÜNÜ YAZIRSAN?” – Arif Rəhimzadənin etirazı

“Dəqiqə başı yazılır “mümkünsüzlüyü”, “mümkünsüzlüyü”. Yəni parlament elə pis işləyir ki, fəaliyyəti mümkün deyil? Burada çıxış edənlərin hamısı dedi ki, “daha da fəaliyyətini yaxşılaşdırmaq üçün”. Biz indiyə qədər, yəni parlamentdə elə şərait yaratmışıq ki, krizis yaranıb? Nəyə görə bu “mümkünsüzlüyü” sözünü belə yazırsan? Bir tərəfdən deyirsən ki, sosial şəbəkələrdə, mətbuatda ədalətli olmayan fikirlər irəli sürülür, digər tərəfdən də özümüz həmin bu məsələni deyirik”.

“AzPolitika.info” xəbər verir ki, bu fikirləri Azərbaycan parlamentinin buraxılmasına dair qərar layihə səsə qoyularkən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxışı zamanı bildirib.

O, sənədə etirazını bildirərək, xatırladıb ki, parlamentdə çıxış edənlərin hamısı xüsusi qeyd edib ki, biz işləmişik, cənab Prezidentin fəaliyyətini dəstəkləmişik: “Elə bir hal olmayıb ki, biz ona zidd getmişik. Dövlətin maraqlarını nəzərə alaraq. İndi biz deyirik ki, yox, biz bacarmamışıq, pis işləmişik, odur ki, gəlin buraxaq. “Buraxaq” deyil, “yeni parlament seçkilərinə gedək” ifadəsini yazaq. Vaxtından əvvəl. Çox sağ olun”.

Milli Məclisin sədri Oqtay Əsədovun Arif Rəhimzadənin dediklərinə reaksiyası aşağıdakı formada olub: “Arif müəllim, siz onda əvvəlki çıxışlara diqqətlə qulaq asmamısınız. Birincisi, imkansızlıq məsələsi onda çıxdı ki, YAP iştirak etmək istəmir. Bu, artıq imkansızlıq deməkdir. Siz bunu başqa cür qəbul etməyin. Hamı çıxış edib fikrini dedi, heç kim demədi ki, Milli Məclis işləmir. Amma siz deyirsiniz ki, Milli Məclis işləmir. Milli Məclis işləməsəydi bir il ərzində 1700 qanun qəbul etməzdi”.

Xatırladaq ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə parlamentin qərarının mətnində deyilir: “Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Prezidentə müraciətlə əlaqədar Milli Məclisin sədrinə müraciət ediblər ki, belə vəziyyətdə parlament fəaliyyətinin həyata keçirilməsinin mümkün olmayacağı qənaətinə gəldiklərini və növbədənkənar seçkilər keçirilməsinin zəruri olduğunu bildiriblər.

Həmin müraciəti parlamentin plenar iclasda müzakirə zamanı digər partiyaları təmsil edən deputatların, habelə heç bir partiyaya mənsub olmayan deputatların əksəriyyəti YAP təmsilçilərinin təşəbbüsü ilə həmrəylik nümayiş etdirərək parlament fəaliyyətinin yaranmış vəziyyətdə davam etdirilməsinin mümkünsüz olduğunu bəyan ediblər.

Milli Məclis deputatlarının mütləq əksəriyyətinin parlament fəaliyyətinin həyata keçirilməsini mümkünsüzlüyü barədə qəti mövqelərini mövcudluğunu, parlamentin öz fəaliyyətini davam etdirməsinin qarşısını aldığı nəzərə alınaraq deputatların ölkə vətəndaşları tərəfindən yenidən seçilməsi zəruridir.

Öz səaliyyətlərini artıq icra edə bilməməsi şəraitində Milli Məclis hesab edir ki, Azərbaycan parlamenti ölkədə aparılan genişmiqyaslı instisuonal və kadr islahatlarından geri qalamamalı, fəaliyyətini yenidən qurmalıdır”.

“AzPolitika”

Şərhlər

PAŞAZADƏ: 2019-12-02 22:43:28

PişmillAXIR-rəxmətullAXIR FATİHƏSİ VERİLDİ MİLLİ MƏCLİSİN...

Lətif 2019-12-02 23:00:33

adamın ürəyinə xal düşüb.Hələ indiyə qədər yerində olmadığını anlamayıb.Bax belələri YAP-ı biabır etdilər.İndi YAP-ın namizəd verməyə üzü qalıb?Qalıbsa,Allah onlara kömək olub,layiq olduqlarını versin.;

Oxucu 2019-12-03 07:47:10

Ay daimi deputat, ay o milli meclisde musteqillik aktinin eleyhine ses veren, senin menevi haqqin catmir umumiyyetle danismaga.

Cəmşid Dərələyəzli 2019-12-03 10:40:08

Arif müəllim axı siz hemişe göründüyünüz kimi olmusunuz. Hemişə də Heydər Əliyevə Sadiqlik nümayiş etdirmisiniz. Cəbhənin dövründə belə. Amma indi anlamırsınız ki, o ətrafınızda olan deputatlar artıq işə yaramırlar. Təkcə esas o deyil axı düymə basıb qanuna ses verəsinlər. Bir çoxları lal qaldı. Danışanlardan da, Hadi, Zeynəb, Siyavuş, Aydın, Xanhüseyin. Elman, Tahir, Araz və sairləri Ölkə Başçısının siyasətinə hər alanda kölgə düşürüb, özlerini xalqa alay predmeti etdilər. Təmsil olunduqları Milli Məclisin nüfuzunu heçə endirdilər. Bütün bunlardan sonra deyirsiniz Parlamen niyə buraxılır (təbii ki, bu başqa bir mövzunun söhbəti ki, nece olar mojaritar seçilen deputatların hamısı birden erize ilə parlamenti tərk eder. Yəqin ki hüquqşunaslar buna bir hüquqi don geydiriblər). Qaldı Sizə, Siz bu qərara qeyd olunan aspektən baxın və bir də Ölkə Başçısını islahatlarla bağlı atdığı addımıları nəzərə alın. Yoxsa inciməyin sisin bu etirazınız daldan atılan daşa bənzədi.

kim 2019-12-03 11:57:54

düzdür parlamentin buraxılmasına səs veriblər. Ancaq pis gündədirlər. Kreslo əldən getdiə Hamısının milyonları var gözləri doymur.

Son yazılar