SOCAR-a YENİ VİTSE-PREZİDENT TƏYİN OLUNDU - Sərəncam + FOTO

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni vitse-prezident təyin edilib.

“Report”un məlumatına görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.

“Bu böyük etimada görə, möhtərəm Prezidentimizə Birliyimizin kollektivi adından dərin minnətdarlığımızı bildirir, Daşqın İskəndərova yeni vəzifəsində daha böyük uğurlar arzulayırıq”,- deyə “Azneft”dən bildiriblər

.

635x100

Şərhlər

t.ədalət 2019-12-15 19:57:22

Daşqın İskəndərov SOCAR rəhbərliyində vəzifəyə gətirilibsə,deməli,Prezident onu növbəti təyinata hazırlayır.

Son yazılar