Demokratlar Trampın qanun pozuntularını sübut edə bilməyiblər - Ağ Ev

Ağ Evin mətbuat katibi Stefani Qrişem bildirib ki, demokratların impiçment üzrə məruzəsi ölkə prezidenti Donald Trampın qanunsuz hərəkətlərinə dair heç bir sübuta malik deyil.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Daha əvvəl Nümayəndələr Palatasının demokratları impiçment çərçivəsində araşdırmanın nəticəsi ilə bağlı məruzəni dərc ediblər.

"Birtərəfli saxta prosesin nəticəsinə görə kəşfiyyat üzrəkomitə sədri Adam Şiff və demokratlar prezident Tramp tərəfindən qanun pozuntularının heç bir sübutu təqdim edə bilmədilər. Bu hesabat onların məyusluqlarından başqa heç nəyi əks etdirmir", - Qrişemin yayılmış şərhində deyilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar