ABŞ Senatı Türkiyəyə qarşı sanksiyaları müzakirə edəcək

Gələn həftə ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Türkiyəyə qarşı növbəti sanksiyaları özündə əks etdirən qanun layihəsini müzakirə edəcək.

APA xəbər verir ki, bu barədə komitənin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Müzakirələr zamanı həmçinin Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemləri barədə məsələyə də toxunulacaq.

Komitə qanun layihəsini təsdiqləsə, eyni zamanda Senatın və Nümayəndələr Palatasının bütün üzvlərin qanunun qüvvəyə minməsinin lehinə səs versə, sənəd ABŞ prezidenti tərəfindən imzalanmalıdır.

Qeyd edək ki, sözügedən qanun layihəsinə görə, ABŞ silahlarının Türkiyəyə satışı məhdudlaşdırılır və rəsmi Ankaranın Suriyadakı hərbi əməliyyatları üçün silah tədarükündə məsul olan rəsmilərə sanksiya tətbiq edilir.

Xatırladaq ki, ABŞ əvvəllər də Suriyadakı əməliyyatlara görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etmişdi, lakin Ankaranın atəşkəsə razılıq verməsi ilə bu qadağa aradan qaldırılmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar