KONSTİTUSİYA MƏHKƏMƏSİ PARLAMENTLƏ BAĞLI QƏRARINI AÇIQLADI - Mətn

Konstitusiya Məhkəməsinin Milli Məclisin buraxılması barədə qərarının mətni açıqlanıb. "Report" xəbər verir ki, qərarda deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 98-1-ci maddəsinin 1-ci hissəsinə uyğun hesab olunsun.

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli qərarı əsasında Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə uyğun hesab edilsin.

Qərar elan edildiyi andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz".

***

Konstitusiya Məhkəməsi Plenumunun iclası müşavirədən sonra davam etdirilib."Report" xəbər verir ki, iclasda qərar elan olunub. 

Qərarı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev oxuyub.

Plenum iclasının yekunu olaraq “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul olunub.

Konstitusiya Məhkəməsi Plenumunun qərarında deyilir. ki, yeni parlament formalaşana qədər hazırkı parlamentin səlahiyyətlərinin qüvvədə qalması zəruridir.

"Report" xəbər verir ki, bu barədə Qeyd edək ki, Konstitusiya Məhkəməsi Plenumunun bu gün keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə göndərdiyi sorğuya baxılıb.

Plenum iclasının yekununda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.

***

Konstitusiya Məhkəməsi Plenumunun iclasında dinləmələr başa çatıb. "Report" xəbər verir ki, məhkəmə heyəti qərar verməsi üçün müşavirəyə gedib.

Müşavirədən sonra məhkəmənin qərarı elan olunacaq.

* * *

Bu gün Azərbaycan Prezidentinin göndərdiyi sorğusuna baxılması üçün Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb. "Report" xəbər verir ki, toplantıya Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev sədrlik edir.

İclasda Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə göndərdiyi sorğuya baxılır.

İclasda məruzəçi-hakim Rafael Qvaladze, iclas katibi isə Fəraid Əliyevdir. Konstitusiya Məhkəmə icraatında iştirak edən tərəflər isə aşağıdakılardır:

Sorğu verən tərəfin nümayəndəsi – Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov.

Cavab verən tərəfin nümayəndələri – Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev.

Ekspert isə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin Konstitusiya hüququ kafedrasının dosenti, Hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov.

* * *

Bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçiriləcək.

"Report" xəbər verir ki, iclas saat 12:00-da baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Elə həmin gün Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasında Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Milli Məclisin 2019-cu il 2 dekabr tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.

635x100

Şərhlər

yalçın 2019-12-04 14:25:10

qanistitusiyaqayırma mərkəməsi

Son yazılar