Tural Gəncəliyevin Brüsselə səfəri başlayıb

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Brüsselə səfərə gedib.

"Report" xəbər verir ki, səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək.

"Burada keçirəcəyimiz görüşlərin Los-Anceles və Ankaradakı uğurlarımızın davamı olacağına əminik. Erməni diasporunun əsas dayaqlarının yerləşdiyi ölkələrdən olan Belçikada xalqımızın haqq səsini çatdırmaq əsas vəzifəmizdir", - icmadan bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabr ayında ABŞ-ın Los-Anceles şəhərinə və Türkiyənin Ankara şəhərinə səfər edib. İcma üzvləri hər iki şəhərdə xeyli sayda görüşlər keçirib.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar