Qatar minik avtomobili ilə toqquşub - İki nəfər ölüb (YENİLƏNİB)

Saatlıda qatarla avtomobilin toqquşması nəticəsində ölən şxslərin adları məlum olub.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində “VAZ-02106” markalı avtomobildə olan, Sabirabad rayonu Kovlar kənd sakini, 1962-ci il təvəllüdlü Abasov Cəbrrayıl Həmid oğlu və Qəzli kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədov Eldar Gülbala oğlu dünyası dəyişib.

***

Saatlının Hacıqasımlı kəndində qatar minik avtomobili ilə toqquşub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar