AVRO-2020-nin Bakıdakı oyunlarını 28 kamera çəkəcək

UEFA 2020-ci il Avropa çempionatının 4 oyununu təşkil edəcək Bakı şəhərinə prodüser təyin edib.

"Report"un məlumatına görə, bu, İspaniyanın ilk təmsilçisi Oskar Laqo Domingesdir. "Mediapro" qrupunun prodüseri Azərbaycan paytaxtı üzrə yaradıcı komandaya rəhbərlik edəcək. O, əvvəllər 2010 və 2019-cu illərdə Madriddə keçirilmiş Çempionlar Liqasının final qarşılaşmalarında da eyni vəzifədə çalışıb. Dominges Çempionlar Liqasının 100-dən çox, La Liqanın 1000, Libertadores Kubokunun final qarşılaşmasında, 1992-ci il Barselona Yay Olimpiya Oyunlarında və İspaniya Qran-prisində iştirak edib.

"Mediapro" böyük idman tədbirlərinin təşkilində böyük təcrübəyə malikdir. Şirkət Bakıya 51 nəfərlik heyət göndərəcək. Onlardan 28-i operator olacaq.

Qeyd edək ki, Bakıda AVRO-2020-nin 4 oyunu olacaq. İyunun 13-də İsveçrə ilə Uels, iyunun 17-də Türkiyə ilə Uels, iyunun 21-də Türkiyə ilə İsveçrə yığmaları üz-üzə gələcək. İyulun 4-də isə 1/4 final matçı təşkil ediləcək. Qarşılaşmaların hamısı Bakı Olimpiya Stadionunda keçiriləcək.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar