Bakıda iki qardaş bıçaqlanıb

Bakıda iki qardaş bıçaqlanıb.

“Report”un xəbərinə görə, hadisə dekabrın 2-də paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib.

Belə ki, Əli Yunusov və qardaşı Xaliq Yunusov qəsəbənin H.Quliyev küçəsi, 23 saylı binanın qarşısında olarkən 3 nəfər naməlum şəxslə mübahisə ediblər. Daha sonra həmin şəxslər qardaşlara qol və bud nahiyyələrindən bıçaqla xəsarət yetiriblər.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsidə araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar