Misir Mərdanov da deputat olmaq istəyir - AÇIQLAMA

Yaxın 2-3 ay ərzində Azərbaycanda növbədənkənar parlament seçkisi keçiriləcək. Ölkədə dəyişiklik, islahat ab-havası olduğundan artıq indidən xeyli adam seçkilərdə namizəd kimi iştirak etmək niyyətini elan edib. 

Bu sırada hətta sabiq nazirlərin də adları çəkilir. Məsələn, sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitunun direktoru Misir Mərdanovun növbədənkənar seçkilərə qatılacağı bildirilir.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Misir Mərdanov deputat olmaq arzusunu gizlətməyib: “Bəli, inşallah mənsub olduğum Yeni Azərbaycan Partiyası (YAP) namizədliyimi irəli sürərsə, mən namizədliyimi verə bilərəm. Bu barədə danışmaq hələlik tezdir. Cənab Prezident Konstitusiya Məhkəməsinə növbədənkənar parlamentin keçirilməsi ilə bağlı sorğu göndərib. Konstitusiya Məhkəməsinin qərarından sonra bu məsələlərə baxılacaq”.

"YAP-dan namizədliyinizin veriləcəyini gözləyirsinizmı" sualına isə M.Mərdanov “İnşallah. Allah qoysa...” cavabını verib.

635x100

Şərhlər

Dosent 2019-12-04 11:55:53

Ayıb olsun! Utanmır, hələ görün nə həvəsə düşün?! Təhsilimizi nə hala salıbsan,ay Misir Mərdanov? Əl çəkin , xalqın əsəbilə oynamayın! İmkan verin ki, bərbad hala saldığınız cəmiyyəti Avropada təhsil almış gənclərimiz düzəltsin. Gedin nəvələrinizlə məşğul olun.

Aqa 2019-12-04 11:21:48

Mən Misir müəllimə səs verərəm və nüfuzumdan istifadə edib buna nail olaram.

Son yazılar