Çinli diplomat Pompeonu cadugər qarıya bənzədib - Bütün günü donquldayır...

Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin (ÇXR XİN) nümayəndəsi Xua Çunin Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeonu Çinin «Huawei» və «ZTE» telekommunikasiya şirkətlərinin ünvanına «aramsız donquldaması» səbəbilə, «cadugər qadın»la müqayisə edib.

«Çinli yazıçı Lu Sinin əsərlərindən birində Syan Lin adlı personaj var. «Xoşbəxtlik barədə susmaq» povestində o, «bütün günü eyni fikri donquldayır». Mənə elə gəlir ki, Pompeo ona çox oxşayır. Yeganə fərqi isə ondadır ki, Syan Lin hər cür zərərsiz şeyləri donquldayır, cənab Pompeo isə daim zəhərli yalanlar danışır» - deyə, Çunin brifinq zamanı Pompeonun şirkətlər barədə növbəti dəfə danışdıqlarını şərh edərkən bildirib.

Diplomatın fikrincə, ABŞ dövlət katibinin bəyanatı əsassızdır, çünki getdikcə daha çox ölkə Çin şirkətinin texnikasının təhlükəsiz olduğunu etiraf edir.

ABŞ administrasiyasında dəfələrlə bu şirkətin məhsullarının təhlükəli olduğunu elan ediblər və bildiriblər ki, şirkət Çin hökuməti ilə əməkdaşlıq edir. Oxşar bəyanatı Pompeo da tez-tez səsləndirib.

Noyabrın 15-də xəbər verilib ki, ABŞ-ın ədliyyə naziri, Baş prokuror Uilyam Barr öz məktubunda yazıb ki, “Huawei” və “ZTE” ABŞ-ın təhlükəsizliyinə təhdiddir və onlara etibar etmək olmaz.

Avqustun 19-da ABŞ hakimiyyəti “Huawei” ilə əməkdaşlığı dayandırmaq üçün Amerika şirkətlərinə 90 gün vaxt vermişdi.

İyunun 4-də Pompeo ABŞ-ın müttəfiqlərini bu şirkətin məhsullarından istifadə etməməyə çağırmışdı. Guya şirkətin fəaliyyəti qərb dəyərləri ilə ziddiyyət təşkil edir. Bundan başqa, onun fikrincə, şirkət Çin hökuməti ilə əməkdaşlıq edir.

May ayında ABŞ ticarət nazirliyi sözügedən şirkəti “qara siyahı”ya salıb - guya milli təhlükəsizliyə təhlükə törətdiyinə görə. Şirkətə Amerika texnologiyaları və komponentlər almağı qadağan ediblər, üstəlik də Vaşinqtonun icazəsi olmadan, bu şirkətə ABŞ-da biznes fəaliyyəti göstərmək yasaqlanıb.

“AzPolitika.info”

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar