“Baklift-2”nin sabiq rəisinin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Ruslan Dilanov barəsində cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report" xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Mahiyyəti üzrə baxış iclası dekabrın 11-ə təyin olunub.

Qeyd edək ki, "Lifttəmir" İstehsalat Birliyinə aid olan “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş R.Dilanov külli miqdarda mənimsəmədə təqsirləndirlir.

İş üzrə zərərçəkən şəxs qismində “Lifttəmir” İstehsalat Birliyi tanınıb.

R.Dilanova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar