"Google"-un ana şirkətinin baş icraçı direktoru istefa verdi

"Google"-un ana şirkəti olan "Alphabet Inc"-in baş icraçı direktoru Lari Peyc istefa verib. Onu "Google"-un baş icraçı direktoru Sundar Piçay əvəzləyəcək. 21 il öncə şirkəti Peyc ilə birgə təsis etmiş Sergey Brin isə Alphabet-in prezidenti vəzifəsindən gedib.

“Uzun müddət ərzində şirkətin gündəlik idarəçiliyində dərindən iştirak böyük imtiyaz idi, ancaq inanırıq ki, qürurlu valideynlər roluna çəkilməyin – hər gün deyinməkdənsə, məsləhət və sevgi verməyin zamanı çatıb!” – Peyc və Brin dekabrın 3-də bloqlarında yazıblar.

Page, Brin və Piçay vebdə axtarışları və digər tapşırıqları sürətləndirməkdən ötrü süni intellektə əsaslanan proqramının hazırlanmasına diqqət ayırırdı. Piçay isə bu texnologiyanın qlobal miqyasda əlçatan olmasına çalışıb.

Di gəl, dünyanın beş qitəsində hökumətlər daha yaxşı qaydalar, daha rəqabətli davranış, dünyanın ən böyük reklam şirkətindən daha artıq vergi tələb edirlər. Mövcud qeyri-müəyyənlikdən dolayı minlərlə işçi etiraz edib, bəziləri istefa verib.

İnvestorların fikrincə, menecmentin optimallaşdırılması Alphabet-in problemləri daha yaxşı həll etməsinə, gəlirini artırmasına fokuslanmasına kömək edəcək. Alphabet 2015-ci ildə, Google şirkətinin strukturunun dəyişdirilməsi nəticəsində təsis olunub. Hazırda bu holdinqə 12-dən artıq şirkət daxildir.

Vaxtilə ictimai tədbirlərdə, Google-un qərargahında tez-tez görünən Peyc və Brin son vaxtlar az gözə dəyirdilər. Onların pərdəarxasına çəkilməsini isə son iki ildə həm işçilər, həm ABŞ konqresmenləri tənqid edirdilər. Onlar suallarına Piçaydan deyil, Peycdən cavab istəyirdilər. Bir ziddiyyətli layihə Çində istifadəçilər üçün eksperimental axtarış tətbiqinin işə salınması idi.

Alphabet bildirib ki, Pey və Brin direktor kimi qalacaqlar, ancaq baş icraçı direktor və prezident titullarından əl çəkəcəklər. Prezident vəzifəsini daha icra olunmayacağı bildirilib. Həmtəsisçilər hələ də şirkətin səhmlərinin 51 faizinə malikdirlər. Apreldə Peyc Alphabet-də səsvermə hüququnun 26,1, Brin 25,25, Piçay isə 1 faizindən də azına malik idi.

Açıqlamadan bir neçə saat sonra Alphabet-in səhmləri 0,64 faiz bahalanaraq 1,303 dollara yüksəlib.

Google 1998-ci ildə yaradılıb. 2015-ci ildə Alphabet holdinqin tərkibinə daxil edilib. O zaman Google-un başına Piçay gətirildi. 2018-ci ildə Alphabet-in gəliri 31 milyard dollara çatıb. Şirkətdə 100 mindən artıq işçi çalışır.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar