AQTA ilyarım ərzində 694 qida zəhərlənməsi qeydə alıb

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətə başladığı il yarım ərzində 694 qida zəhərlənməsi halı qeydə alıb. Bu zəhərlənmələrdən 3 nəfər dünyasını dəyişib".

"Report" xəbər verir ki, bu fikirləri AQTA-nın sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, ölüm faktlarının biri ötən il, digərləri isə bu il olub: "Faktlar onu göstərir ki, Azərbaycanda məhsulların qida təhlükəsizlik göstəriciləri yüksəkdir. Azərbaycan dünyada qida təhlükəsizliyi indeksinə görə ən yüksək pillələrdən birini tutur. Bu indeks dünyada 100 ballıq şkala ilə ölçülür və ölkəmiz də 89 bal toplayıb. Bu, Azərbaycana idxal olunan və hazırda istehsal olunan qida məmulatlarının keyfiyyətinin həddindən artıq yüksək olması deməkdir. Digər fakt isə Azərbaycanda insanların qida ilə davranışının çox aşağı səviyyədə olmasıdır".

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar