Üzərinə "Ermənilər şərərfsizdir" yazılan şarı Müdafiə Nazirliyi buraxıb - AÇIQLAMA

Müdafiə Nazirliyi bəzi kütləvi informasiya vasitələrində Göyçay rayonunda yaşayan sakinlərdən birinin evinin həyətinə üzərində şar olan plastik qabdan ibarət bağlamanın düşməsi barədə yayılan məlumata aydınlıq gətirib.

Nazirlikdən sorğusuna cavab olaraq bildirilib ki, atmosferin meteoroloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə artilleriya təlimlərindən əvvəl helium qazı doldurularaq buraxılan zond (şar) havanın müxtəlif parametrlərini ölçmək imkanı verir.

"Meteoroloji vəziyyəti qiymətləndirmək üçün havaya buraxılmış bu zond təhlükəsizdir və təşvişə heç bir səbəb yoxdur", - sorğuda qeyd olunub.

Xatırladaq ki, ötən gün axşam saatlarında Göyçayın Yekəxana kəndindən yaşanan Fazil Əsədovun fərdi həyətinə bağlama düşüb.Bağlama üzərində şar olan plastik qabdan ibarət olub. Bağlamanın şara bağlı vəziyyətdə hava ilə getdiyi vaxt düşdüyü ehtimal olunur.

Bağlamanın üzərinə "Ermənilər şərərfsizdir, hər şey vətən üçün" yazıları var.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar