DEPUTAT İCRA BAŞÇISI TƏYİN OLUNDU - Hacıqabul və Naftalana yeni icra başçısı təyin edilib

Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev dekabrın 4-də bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Rüstəm Xəlilov 1958-ci ildə anadan olub.

2005-ci ildən 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin üzvüdür.

Milli Məclisin Regional Məsələlər Komitəsi yanında yaradılan İşçi qrupunun rəhbəri kimiçoxsaylı təkliflərin müəllifidir.

Azərbaycan Prezidenti İlham Əliyev Vüqar Novruzovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Novruzov Vüqar Vahid oğlu 1980-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis-menecment ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirmişdir.

Vüqar Novruzov əmək fəaliyyətinə 2002-2003-cü illərdə Azərbaycan Respublikasının Hesablama Palatasının Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlamışdır. 2003-2007-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasının böyük mütəxəssisi, məsləhətçisi, aparıcı məsləhətçisi, sektor müdiri, 2007-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının 27 sentyabr 2019-cu il tarixli 107 nömrəli Əmri ilə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmişdir. Dövlət qulluğunun baş müşaviridir.
Ailəlidir, üç övladı var.

Azpolitika.info

635x100

Şərhlər

Abdullaya 2019-12-05 08:52:03

Vüqar Novruzov əslən ermənistanlıdır. Xəzər rayon İcra Hakimiyyətinin Başçısı müavini işlədiyi qıssa müddətdə Buzovna sakinlərinin küçəyə əkdirdikləri sərv ağaclarının kökündən çıxarılıb küçəyə tullanması barədə Buzovna qəsəbə nümayəndəsi Balaş Cəmilzadəyə göstəriş verib. Zeynalın köməkçisi olub. Onu bu vəzifəyə Zeynal itələyib. Zeynal ona hər şeyi öyrədib. Sən narahat olma!

Abdulla 2019-12-04 19:46:40

Bəs Vüqar əslən hansı bölgənin vətəndaşıdır.Bİr də bu hansı ixtisasa mükəmməl yiyələnib ki? Elə universtetlər gəzib.

Hamlet 2019-12-04 15:53:23

Cox saf insandı. Təbriklər !

Son yazılar