Ordubadda "Allahşükür" məscidi - Paşazadə açılışda iştirak edib (FOTOLAR)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Naxçıvan Muxtar Respublikasına səfəri davam edir.

Səfər çərçivəsində QMİ sədri Ordubad rayonunun Dırnıs kəndində "Allahşükür" məscidinin açılışında iştirak edib.

Qeyd edək ki, Şeyxulislam Allahşükür Paşazadə anadan olmasının 70, Şeyxülislam kimi fəaliyyətə başlamasının 40 illiyinin qeyd edilməsi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün gedib. Hacı Allahşükür Paşazadə və onu müşayiət edən nümayəndə heyəti Naxçıvan MR Ali Məcisinin sədri Vasif Talıbov tərəfindən "Araz" dövlət qəbul evində qarşılanaraq qəbul ediliblər. Rəsmi hissə "Qurani-Kərim"in tilavətilə başlayıb.

Naxçıvan MR Ali məclisinin sədri Vasif Talıbov Hacı Allahşükür Paşazadəni Naxçıvanın 90 illiyi münasibətilə təsis edilmiş Qızıl Medalla təltif edib.

Hacı Allahşükür Paşazdəni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycandakı dini konfessiyaların rəhbərləri, Milli Məclsin deputatları və ölkənin tanınmış elm, din xadimləri müşayiət edir.

635x100

Şərhlər

yalçın 2019-12-04 19:59:56

ordubadı da ...

Hüseyn Həsənov 2019-12-04 17:58:09

Məscidə kiminsə adının verilməsini anoloqu olmayan inkişaf kimi başa düşürəm

Bashirov Qarib 2019-12-04 17:54:53

Yaşayış ərazisi olmayan çox hundur bir yerdə tikilən belə məsciddə insanlar necə toplaşa biləcəklər.

Son yazılar