ETİMAD İSMAYILOVUN QATİLİNİN MƏHKƏMƏSİ BAŞLAYIB - Prokuror ömürlük həbs istəyib

Ədalət Partiyasının sədri, sabiq baş prokuror İlyas İsmayılovun oğlu Etimad İsmayılovu Türkiyədə qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib.

"Report" xəbər verir ki, Türkiyədə araşdırılan cinayət işi üzrə məhkəmədə prokuror qətlin əsas təşkilatçısı və icraçısı Gözəl Dəmirova ağırlaşdırılmış ömürlük həbs cəzası istəyib. 

Cinayətin törədilməsinə kömək etməkdə təqsirləndirilən Barış Aslana 15 ildən 20 ilə qədər azadlıqdam mərhumetmə cəzası istənilib. 

Hər iki şəxsə qanunsuz silah saxlamağa görə əlavə olaraq 1 ildən 3 ilədək həbs cəzası da istənilib. 

Qeyd edək ki, Etimad İsmayilov 2018-ci ilin sentyabrın 19-da İstanbulda öz ofisində məruz qaldığı silahlı hücum nəticəsində öldürülüb. 

Hadisəni törədən keçmiş Azərbaycan Daxili İşlər Nazirliyinin sabiq idarə rəisi, təqaüddə olan polkovnik Gözəl Dəmirov və sürücüsü Barış Aslan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. D.Gözəlov ifadəsində bildirib ki, E.İsmayılovun İstanbulun Floriya adlı ərazisindəki ofisində görüşüblər və borc məsələsinə görə aralarında mübahisə yaranıb. Bundan sonra G.Dəmirov silahını çıxaraq, E.İsmayılova ardıcıl 3 dəfə atəş açıb

Xatırladaq ki, G.Dəmirov 1990-cı illərin əvvəllərində Azərbaycanda polis rəisi işləyib. Bakı Soyuducu Fabrikinin direktoru olub. Onun Azərbaycan və Türkiyədə sərmayəsinin olduğu bildirilir. E.İsmayılov hazırda Türkiyədə işləyən tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.

635x100

Şərhlər

Aqa 2019-12-04 19:42:59

ALLAH cəzanə versin.Sən də türmədə öləcəksən.

yalçın 2019-12-04 18:12:41

yenə alver?

Son yazılar