Azərbaycana idxal olunan kərə yağı üçün aşağı rüsum həddinin müddəti uzadılıb

Azərbaycana idxal olunan kərə yağı üçün aşağı rüsum həddinin müddəti daha iki il uzadılıb. "Report"un məlumatına görə, Baş Nazir Əli Əsədov dekabrın 5-də “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsini nəzərdə tutan qərarı imzalayıb.

Qərara əsasən, ölkəyə idxal olunan kərə yağı üçün aşağı rüsum həddinin müddəti 2021-ci il dekabrın 31-dək uzadılıb. Bu addım kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün atılıb.

Şərhlər

Vətəndaş 2019-12-04 22:56:40

Yaxşı və doğru olardı ki,kərə yağının invoys qiyməti.vergi miqdarı da açıqlanardı.Çünki süni qiymət artımı xalqa bəlli olardı.Dünyanın heç bir ölkəsində 200-300 manat maaş olan ölkəsində kərə yağı 9-10 amerikan doiilarına və ya 14-16 manata satılmır.iBəs niyə Azərbaycanda belə 0rtım diqqətdən kənarda qalır?

Son yazılar