"Qazaxıstan Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir" - Ramin Quluzadə

Azərbaycanla Qazaxıstan bütün sahələrdə əməkdaşlıq əlaqələrini müvəffəqiyyətlə inkişaf etdirir. “Report” xəbər verir ki, bu barədə Qazaxıstanın Müstəqillik Günü münasibətilə keçirilən rəsmi qəbulda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib.

“Ticarət əlaqələrimiz getdikcə artır. 2018-ci ildə ölkələrimiz arasındakı ticarət dövriyyəsi 221 milyon dollar, cari ilin 10 ayı ərzində isə 191 milyon dollar təşkil edib. Əsas əməkdaşlıq sahələri olan nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı kimi sahələrdə böyük inkişaf potensialı var.

Ölkələrimizin ərazisindən Şərq-Qərb nəqliyyat-logistika dəhlizi keçir, Xəzər üzərindən yük daşımaları uğurla həyata keçirilir. Həmçinin bu ilin noyabr ayından Azərbaycanla Qazaxıstan Xəzərin dibi ilə keçəcək fiber optik magistralının tikintisinə başlayıb”, - deyən nazir iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığını xatırladıb.

Sonra deyib: “Qazaxıstan Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan haqlı mövqeyini, ərazi bütövlüyünü dəstəkləyir.

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdukərimov da iki ölkəni əsrlərə uzanıb gedən birgə tarix, dil, mədəniyyət tellərinin birləşdirdiyini qeyd edib: “Ölkələrimiz arasında qarşılıqlı etimad və dəstək əlaqələri var. İqtisadiyyat, siyasət sahələrindəki iki və çox tərəfli münasibətlər sürətlə inkişaf edir. Qazaxıstan daim Azərbaycan üçün etibarlı tərəfdaş olaraq qalacaq”.

Şərhlər

yalçın 2019-12-04 21:41:58

heç nə..

Son yazılar