Ruhani həbsdəki etirazçıları azad etməyə çağırdı

İran Prezidenti Həsən Ruhani zorakı etirazlardan 2 həftə sonra həbs edilmiş təqsirsiz və silahsız şəxslərin azad edilməsinə çağırıb. Yanacaq qiymətlərinin 300%-ə qədər artırılmasına etiraz olaraq başlayan aksiyalar tezliklə 100-dən çox şəhər və qəsəbəni əhatə edib və fəhlələrin, orta sinfin etirazlara qoşulub, dini liderin geri addım atmasını tələb etməsi ilə siyasi xarakter almağa başlayıb. 

“Dini və islami mərhəmət nümayiş etdirilməli və benzin qiymətlərinin artırılmasına etiraz etmiş təqsirsiz, silahlanmamış adamlar… azad edilməlidirlər”, - Həsən Ruhani bildirib.

“Reuters”-in xəbərinə görə, İranın dini hakimiyyəti etirazlara görə xaricdəki müxalifəti və ABŞ-I, Səudiyyə Ərəbistanını və İsraili təqsirləndirib. Rəsmi Tehran etirazlarda ölənlər barədə konkret rəqəmlər açıqlamasa da, beynəlxalq hüquq müdafiə təşkilatı “Amnesty International” azı 208 nəfərin ölməsi barədə informasiya yayıb və bunun 1979-cu il inqilabından bəri ən qanlı etirazlar olduğunu xatırladıb. 7000-dən çox etirazçı isə həbs edilib.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar