Boris Conson ABŞ prezidentini ələ salıb? - Baş nazir bu barədə danışıb

Britaniyanın baş naziri Boris Conson ABŞ prezidenti Donald Trampla bağlı zarafatlaşmağını əks etdirən görüntüləri inkar edib.

APA-nın NATO-nun sammitində iştirak üçün akkreditə olunmuş London müxbirinin xəbərinə görə, sammitdən sonra keçirilən mətbuat konfransında jurnalistlər Boris Consona yayılan videogörüntülər haqqında sual verib. Onlar Boris Consondan prezident Trampı ciddiyə alıb-almadıqlarını soruşublar. O isə bu görüntülər haqqında məlumatı olmadığını deyib, yayılan kadrları cəfəngiyat adlandırıb.

Qeyd edək ki, Kanadanın baş naziri Castin Trüdo, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Boris Conson və Niderlandın baş naziri Mark Ruttenin görüntülərinin əks olunduğu 25 saniyəlik video yayılıb. Onlar videoda ABŞ prezidenti D.Trampın görüşlərə gecikməsi barədə zarafatlaşaraq gülüblər.

Tramp isə sammit çərçivəsində Almaniya kansleri Angela Merkellə görüşdən sonra jurnalistlərə Kanadanın baş naziri Castin Trüdonun ikiüzlü olduğunu deyib. O, həmçinin sammitdən sonra nəzərdə tutulan mətbuat konfransını da ləğv edərək Vaşinqtona yola düşüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar