“Mən İsgəndər Mulikov, vicdansız, satqın və rüşvətxoram...” – Keçmiş daxili işlər naziri (VİDEO)

Türkmənistanın keçmiş daxili işlər naziri İsgəndər Mulikov hakimiyyətdən sui-istifadə və korrupsiyada təqsirli bilinib. Prezident Qurbanqulu Berdıməhəmmədov onu oktyabrda işdən çıxarmışdı. Lakin nazirin sonrakı taleyi haqda məlumat yox idi. İndi isə məlum olur ki, o həbs olunub, üstəlik barəsində uzunmüddətli həbsxana cəzası kəsilib. 

Dekabrın 3-də əliqandallı Mulikov qara həbsxana geyimində televiziyada xəbər proqramında göstərilib, özünü təqsirli bildiyini deyib. Mulikovun həbsi barədə təhlükəsizlik şurasının iclasında baş prokuror Batır Atdayev prezidentə məlumat verib. “Mən, İsgəndər Mulikov, 2009-cu ildən 2019-cu ilə qədər daxili işlər naziri vəzifəsində işləsəm də, cinayətkarlıqla mübarizəyə cavabdeh olsam da öz tamahım ucbatından, vəzifəmdən satqıncasına sui-istifadə edərək həm rüşvət almışam, həm evləri mənimsəmişəm. Baxmayaraq ki, bizim hörmətli ali baş komandan yaşamaq və işləmək üçün bütün şəraiti yaradıb, mən vicdansız yol seçdim və xüsusilə iri məbləğlərdə rüşvət aldım. Cinayətlərimin üstünün açılmasından sonra mən qanuni əsaslarla cinayət məsuliyyətinə cəlb edilmişəm. Günahımı tam etraf edirəm və peşimanam”, - Mulikov deyir. 

Kadrlarda Mulikovun əlləri qandallıdır, başı isə keçəl qırxılıb. 

Keçmiş nazirə hansı cəzanın kəsildiyi bəlli deyil. Amsterdamda mənzillənən Turkmen.news vebsaytının bildirdiyinə görə, ona 20-25 il həbs cəzası kəsilib. 2009-cu ilin mayından vəzifə başında olan Mulikov oktyabrın 1-də hökumətin iclası zamanı işdən çıxarılmışdı.Keçmiş nazirin sürücüsü də dərhal həbs olunub, onun Aşqabadda bəzi restoranları, kafe və mağazaları müsadirə edilib. 


Baş prokuror iclasda habelə Miqrasiya Xidmətinin keçmiş rəhbəri Meylis Nobatovun da həbsi və mühakimə olunması haqda raport verib. Turkmen.news qeyd edir ki, Nobatov son illərdə prezidentin təhlükəsizlik xidmətinin rəisi idi. Lakin onun həmin vəzifəni tutduğu haqda heç yerdə açıqlanmayıb. 

Keçmiş məmur özü etiraf videosunda bildirib ki, 2015-2019-cu illərdə yüksək vəzifələrdə işləyəndə cinayətlər törədib. 

Virtualaz.org

635x100

Şərhlər

məlik 2019-12-05 09:16:14

Yenə bunlar etiraf edir, "peşimanam" deyir.Bizimkilər dövlətin milyardlarını yeyib, talayıb və nəinki etiraf edir, "peşmanam" deyir, hələ bir hərbə-zorba da gəlir.Belə baxanda düz edirlər də.Axı biz ANALOQU olmayan dövlətik.Bizdən YOOOXXXDDDUUUUU və olmayacaq.

Türkmən Başı 2019-12-05 08:31:50

Türkmənistan Şimali Koreyanın ekiz qardaşıdır. Bizə şükür.

eloqlu 2019-12-05 07:48:58

bes bizde ne vaxt haqq edalet olacaq ? hiyyy

eloqlu 2019-12-05 07:46:25

bes bizde ne vaxt haqq edalet olacaq ? hiyyy

Nizami 2019-12-05 04:05:39

AZNEFTKİMYAMAŞı və Sabayil Maşınqayırma Zavodunu dağıdan,əmlaklarını,avadanlıq və dəzgahlarını satıb haram pullarla milyardlara sahib olan Əli İsmayıl oğlu İsmayılov vicdana gəlib etiraf edəcəkmi ki,"cənab prezident,yoldaş Baş Prokuror,yoldaş DTX rəisi mən Əli İsmayılov korrupsionerəm,SMZ dağıtdım,dəzgahlarını satıb milyardlara sahib oldum.Məni və mənimlə əlbir olanları həbs edin".

yalçın 2019-12-04 23:29:36

keçmiş qamsamolçu-qaminist zombi-manqyrdlar..

Son yazılar