“PLANETİN YENİDƏN BÖLÜŞDÜRÜLMƏSİNƏ BAŞLANIB!” – Lukaşenko xəbərdarlıq edir

Dekabrın 3-də Belarus prezidenti Aleksandr Lukaşenko Serbiya parlamentindəki çıxışı zamanı bəyan edib ki, dünyada beynəlxalq hüququn rolunun aşağı düşməsi müşahidə olunur və planetin yenidən bölüşdürülməsi başlana bilər. Bu barədə «BelTA» xəbər verib.

«Mən, hərdən yaşadığım prezidentlik illərinin yüksəkliyindən düşünməyə başlayıram – planetin yenidən bölüşdürülməsi başlamayıb ki? Və biz hamımız yaxşı bilirik ki, bu, nələrə gətirib çıxara bilər…», - Belarus lideri bildirib.

Onun sözlərinə görə, Belarus daim problemləri dinc yollarla, beynəlxalq hüquq əsasında həll etməyə çağırır. Ancaq hüquq artıq mövcud deyil - hamı güc mövqeyindən çıxış edir.

Eyni zamanda, Lukaşenko özünün irəli sürdüyü sülh təşəbbüslərini xatırladıb və əmin olduğunu bildirib ki, Serbiya onlara qoşulacaq. «Belarus Atlantikadan Vladivostoka qədər geniş bir ərazidə inam tədbirlərinin möhkəmlənməsi təşəbbüslərinin yenilənməsi, təhlükəsizlik və əməkdaşlıq təşəbbüsü irəli sürüb. Hesab edirəm ki, Serbiya bu problemlərin müzakirəsində maraqlı olan dövlətlərin sırasında olacaq», - Lukaşenko bildirib və xatırladıb ki, Yuqoslaviya öz vaxtında Birləşməmək Hərəkatının əsasını qoyanlardan biri olub. Bu hərəkat hazırda da formal olaraq, mövcuddur və böyük dövlətlərə heç bir təsir göstərmir.

Bununla əlaqədar olaraq, o, kiçik və orta çəkili dövlətləri bütün dünyada sabitliyin dəstəklənməsi məqsədilə, konsalidasiya olunmuş mövqeyə dəvət edib.

«Əgər nəhəng oyunçular razılığa gələ bilmirlərsə, bu, o demək deyil ki, kiçik və orta çəkili dövlətlər əllərini yanlarına salıb dayanmalı və sakitcə gözləməlidirlər ki, nəhayət, böyüklərdən kim isə onların taleyini həll edəcək. Hesab edirəm ki, bizim səsimiz eşidilməlidir. Biz, birlikdə ölkələrimiz və xalqlarımız üçün daha böyük işlər görə bilərik» - deyə, Lukaşenko qeyd edib.

Xatırladaq ki, Belarus prezidenti dekarın 2-3 tarixlərndə Serbiyada rəsmi səfərdə olub. O, Belqradda Serbiya siyasətçiləri və Serbiya prezidenti Aleksandr Vuçiçilə görüşüb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar