XİN başçılarının görüşü 3 saatdan çox davam edib - Yeni görüş razılaşdırılıb (Yeniləndi)

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə, ATƏT Nazirlərinin Bratislavada keçirilən iclası çərçivəsində baş tutan və 3 saat yarımdan çox davam edən görüşü zamanı tərəflər geniş müzakirələr aparıblar.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıb.

Eyni zamanda nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər. 

***

Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilir.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəhbəri Leyla Abdullayeva "Twitter"də məlumat yayıb.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov, Endryu Şofer və Stefan Viskonti, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edirlər.

635x100

Şərhlər

tahir 2019-12-05 09:11:09

İndi təsəvvür edin ki, 3 saat ərzində orada nə qədər anektod danışıblar eeee......

Son yazılar