Millətlər Liqasında Azərbaycan millisi sonuncu səbətdə yer alacaq

Millətlər Liqasının 2020/21 mövsümünün formatı və divizionların tərkibi təsdiqlənib.

Apasport.az saytının məlumatına görə, UEFA püşkatma zamanı divizionlarda mübarizə aparacaq komandaların səbətlərini də müəyyənləşdirib.

C divizionunda çıxış edəcək Azərbaycan yığması sonuncu – 4-cü səbətə düşüb. Turnirin püşkü 2020-ci ilin martında, oyunları sentyabr-noyabrında baş tutacaq.

A divizionu 

1-ci səbət: Portuqaliya, Niderland, İngiltərə, İsveçrə; 

2-ci səbət: Belçika, Fransa, İspaniya, İtaliya; 

3-cü səbət: Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç; 

4-cü səbət: Xorvatiya, Polşa, Almaniya, İslandiya.

B divizionu 

1-ci səbət: Rusiya, Avstriya, Uels, Çexiya; 

2-ci səbət: Şotlandiya, Serbiya, Norveç, Finlandiya; 

3-cü səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya 

4-cü səbət: Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya.

C divizionu 

1-ci səbət: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan; 

2-ci səbət: Şimali Makedoniya, Kosovo, Belarus, Kipr; 

3-cü səbət: Estoniya, Sloveniya, Litva, Lüksemburq; 

4-cü səbət: Ermənistan, Azərbaycan, Qazaxıstan, Moldova.

D divizionu 

1-ci səbət: Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn; 

2-ci səbət: Andorra, Malta, San-Marino.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar